Göy məsciddə Çarens büstü : İranın siyasi hoqqabazlığı — ŞƏRH
10 Noyabr 2026, 23:47
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
260
21.10.2026, 21:15
Azərbaycanın 2023-cü ildə öz suverenliyini tam bərpa etməsindən sonra Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması üçün tarixi imkan yaransa da, yekun sülh müqaviləsinin imzalanması prosesi hələ də uzanmaqdadır.
Oxu24.com xəbər verir ki,bunu "Report"a Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
O qeyd edib ki, 2025-ci ilin avqustunda Prezident İlham Əliyevin ABŞ-yə səfəri zamanı Vaşinqtonda razılaşdırılmış sülh gündəliyi bir sıra addımlardan ibarətdir və bunu rəsmi Bakı daim xatırladır: "Yeni Konstitusiya ilə bağlı referendum, ərazi iddiaları olmayan Konstitusiyanın qəbul edilməsi və yalnız bundan sonra sülh sazişinin imzalanması və təsdiqlənməsi, Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması üçün əsas şərtlərdir.
Ermənistanda referendumun nə vaxt elan ediləcəyi və keçiriləcəyi Ermənistan rəhbərliyindən asılıdır. Altı aydan, bir ildən, iki ildən sonra keçiriləcək, bu, Ermənistan hökumətinin qərar verməsindən asılıdır. Yeni Konstitusiya qəbul edilmədən sülh müqaviləsinin imzalanması baş tutmayacaq".
Milli Məclisin deputatı deyib ki, regionda kommunikasiyaların açılması, xüsusilə Azərbaycanın əsas hissəsini Naxçıvanla bağlayacaq TRIPP nəqliyyat marşrutunun reallaşması Ermənistan üçün ciddi geosiyasi "alver aləti"nə çevrilib:
"Paşinyanın sülh müqaviləsini 2031-ci ilədək – yəni növbəti bir neçə seçki dövrünü əhatə edəcək müddətə qədər uzatmaq istəyi də zaman qazanmaq strategiyasının tərkib hissəsidir. Ermənistanın sülh müqaviləsinin imzalanmasını müxtəlif bəhanələrlə 5 il və ya daha artıq müddətə təxirə salmaq cəhdləri regionda sülh və sabitlik üçün ciddi risklər yaradır. Ermənistanın sülh müqaviləsi və delimitasiya prosesini ləngitmə taktikası regional sabitliyə mane olmaqla yanaşı, ilk növbədə elə rəsmi İrəvanın öz dövlətçilik maraqlarına böyük zərbə vurur".
01:50 / 11 Noyabr 2026
65
01:00 / 11 Noyabr 2026
101
00:31 / 11 Noyabr 2026
129
23:59 / 10 Noyabr 2026
145
23:57 / 10 Noyabr 2026
152
23:55 / 10 Noyabr 2026
426
23:53 / 10 Noyabr 2026
180
23:47 / 10 Noyabr 2026
1244
23:43 / 10 Noyabr 2026
152
23:39 / 10 Noyabr 2026
162
23:28 / 10 Noyabr 2026
358
23:27 / 10 Noyabr 2026
676
23:17 / 10 Noyabr 2026
1168
23:15 / 10 Noyabr 2026
185
23:00 / 10 Noyabr 2026
137
22:58 / 10 Noyabr 2026
170
22:55 / 10 Noyabr 2026
155
22:35 / 10 Noyabr 2026
142
22:30 / 10 Noyabr 2026
396
22:27 / 10 Noyabr 2026
123
22:19 / 10 Noyabr 2026
154
22:04 / 10 Noyabr 2026
229
21:55 / 10 Noyabr 2026
714
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.