Sahil Babayev artım rəqəmlərini AÇIQLADI
11 Noyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
254
21.10.2026, 20:14
“Politico” nəşrinin məlumatına görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinə Donald Tramp və Volodimir Zelenski ilə birbaşa danışıqlar aparmaq təklifini çatdıracağı gözlənilir.
Belə bir görüşün baş tutması Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində yeni mərhələnin başlanmasına səbəb ola bilər. Bəs Moskva bu təklifə müsbət yanaşacaqmı? Tərəflər arasında mövcud fikir ayrılıqları fonunda tarixi danışıqların keçirilməsi nə dərəcədə realdır?
Oxu24.com xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Stiv Uitkoffun Norveçdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra Moskvaya gedərək Vladimir Putinə üçtərəfli görüş təklif edəcəyi ilə bağlı məlumatlar yayılıb:
“Rusiya 2024-cü ildən bəri Zelenskinin səlahiyyət müddətinin başa çatdığını əsas gətirərək onu legitim prezident hesab etmir. Bundan əlavə, Moskva Zelenski ilə razılaşmanın mümkün olmayacağını düşünür. Buna görə də Putin Valday toplantısında fərqli bir ideya irəli sürdü. O, ABŞ, Rusiya və Çin prezidentlərinin görüşə biləcəyini təklif etdi. Bu formatda fərqli müzakirələrin aparılması mümkün ola bilər.
Oqtay Qasımov
Putin bu yolla öz məqsədlərinə çata biləcəyini düşünür. Rusiya seçim qarşısında qalsa, Tramp və Zelenski ilə üçtərəfli görüşdənsə, Tramp, Si Cinpin və Putin arasında görüş formatına üstünlük verə bilər.
Ukraynanın irəli sürdüyü şərtlərə nə Rusiya, nə də ABŞ müsbət yanaşır. Xüsusilə Rusiyanın Donbasla bağlı israrı Ukrayna tərəfindən qəbul edilmir. Buna görə də yaxın müddətdə belə bir üçtərəfli görüşün baş tutmasını real hesab etmirəm”, – deyə politoloq bildirib.
11:49 / 11 Noyabr 2026
1
11:43 / 11 Noyabr 2026
84
11:34 / 11 Noyabr 2026
41
11:32 / 11 Noyabr 2026
97
11:28 / 11 Noyabr 2026
90
11:16 / 11 Noyabr 2026
246
11:13 / 11 Noyabr 2026
67
11:11 / 11 Noyabr 2026
95
11:06 / 11 Noyabr 2026
82
10:56 / 11 Noyabr 2026
294
10:51 / 11 Noyabr 2026
98
10:45 / 11 Noyabr 2026
101
10:33 / 11 Noyabr 2026
93
10:19 / 11 Noyabr 2026
95
10:13 / 11 Noyabr 2026
95
10:10 / 11 Noyabr 2026
94
10:10 / 11 Noyabr 2026
269
10:09 / 11 Noyabr 2026
154
09:56 / 11 Noyabr 2026
88
09:37 / 11 Noyabr 2026
914
09:35 / 11 Noyabr 2026
126
09:29 / 11 Noyabr 2026
99
09:25 / 11 Noyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.