Göy məsciddə Çarens büstü : İranın siyasi hoqqabazlığı — ŞƏRH
10 Noyabr 2026, 23:47
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
259
20.10.2026, 16:21
Milli Məclisin sədri Sahibə Qafarova Bişkekdə TÜRKPA-nın 15-ci plenar iclasında çıxış edib.
Bu barədə Oxu24.com-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Milli Məclisin sədri TÜRKPA-nın səmərəli dialoq və əməkdaşlıq platformasına çevrildiyini və beynəlxalq aləmdə tanınan mühüm təşkilat kimi formalaşdığını söyləyib.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, TÜRKPA üzv ölkələrin parlamentləri arasında əməkdaşlığı yeni istiqamətlər üzrə daha da genişləndirməyə imkan verir. Bu baxımdan, o, Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun işinin əhəmiyyətini vurğulayıb.
Sahibə Qafarova deyib ki, Türk Dövlətləri Təşkilatının hazırkı sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təşkilata üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarını ötən ay Bakıda qəbul edərkən ölkələrimizin qarşılaşdığı təhdidlər haqda fikirlərini paylaşıb və təşkilatı gənclər siyasəti sahəsində fəal işləməyə dəvət edib. Spiker TÜRKPA-nı, o cümlədən gənc parlamentariləri də bu istiqamətdə səylərini gücləndirməyə çağırıb.
Qeyd olunub ki, Türk Dövlətləri Təşkilatının ötən ilin oktyabrında Azərbaycanın Qəbələ şəhərində keçirilmiş 12-ci Zirvə Görüşünün Yekun Bəyannaməsində də süni intellekt sahəsində əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb. Artıq bu sahədə müsbət təcrübənin olduğunu bildirən spiker Sahibə Qafarova bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayevin “Rəqəmsal İpək Yolu” təşəbbüsü çərçivəsində iki ölkə tərəfindən reallaşdırılmış Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını qeyd edib.
Milli Məclisin sədri TÜRKPA-ya sədrliyi dövründə Qırğız Respublikası Joqorku Keneşinin sədri Marlen Mamataliyevə uğurlar arzulayıb və 15-ci plenar iclasda aparılacaq müzakirələrin, qəbul ediləcək qərarların əməkdaşlığın möhkəmləndirilməsinə böyük töhfə verəcəyinə inamını ifadə edib.
01:50 / 11 Noyabr 2026
65
01:00 / 11 Noyabr 2026
101
00:31 / 11 Noyabr 2026
129
23:59 / 10 Noyabr 2026
145
23:57 / 10 Noyabr 2026
152
23:55 / 10 Noyabr 2026
426
23:53 / 10 Noyabr 2026
180
23:47 / 10 Noyabr 2026
1244
23:43 / 10 Noyabr 2026
152
23:39 / 10 Noyabr 2026
162
23:28 / 10 Noyabr 2026
358
23:27 / 10 Noyabr 2026
676
23:17 / 10 Noyabr 2026
1168
23:15 / 10 Noyabr 2026
185
23:00 / 10 Noyabr 2026
137
22:58 / 10 Noyabr 2026
170
22:55 / 10 Noyabr 2026
155
22:35 / 10 Noyabr 2026
142
22:30 / 10 Noyabr 2026
396
22:27 / 10 Noyabr 2026
123
22:19 / 10 Noyabr 2026
154
22:04 / 10 Noyabr 2026
229
21:55 / 10 Noyabr 2026
714
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.