Qaynar xətt:

(+99450) 247 90 86

“Onlar küçələrə axışıb “hepimiz ermeniyiz” deyəndə, etiraz etdikmi?!” – Deputat

“Onlar küçələrə axışıb “hepimiz ermeniyiz” deyəndə, etiraz etdikmi?!” – Deputat

SİYASƏT

364

18.10.2026, 21:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsində olsa da, iki ölkənin regional proseslərə yanaşması və milli maraqları hər zaman ayrıca qiymətləndirilməlidir. Türkiyənin Yaxın Şərq və digər bölgələrdə yürütdüyü siyasət, o cümlədən Suriya, Liviya və Sudandakı fəaliyyəti ilə bağlı mübahisəli məqamlar bu məsələnin yenidən müzakirəsinə səbəb olur.

Azərbaycanın milli təhlükəsizlik maraqlarının qorunması baxımından Ankara ilə münasibətlərdə suveren qərarvermə və qarşılıqlı maraqların əsas götürülməsi nə dərəcədə vacibdir?

Oxu24.com xəbər verir ki ,Globalinfo.az-a danışan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib ki, Azərbaycan sıradan bir ölkə və sıradan bir dövlət deyil:

“Bunu hər kəs anlamalıdır və buna görə davranmalıdır. Azərbaycan azı beş min illik dövlətçilik ənənəsi olan bir ölkədir. Və bu müddət ərzində bu ölkədə çox dövlətlər yaranıb, dağılıb, bir daha yaranıb. Bu ölkədən çox ölkələr və çox xalqlar törəyib. Bu torpaqlarda çoxlarının gözü olub, gəliblər, işğal ediblər, amma bu torpaq onları barındırmayıb, çəkilib gediblər, bu torpaqlar yenə öz sahiblərinə qalıb. Bu ölkədən çıxan insanlar Norveçdən Misirə, İspaniyadan Yaponiyaya, hətta Amerika qitəsinə qədər gedib çıxıblar. Onların ilk beşiyi üç dəniz – Urmiya, Göyçə və Van arasında olub. Bir çox şərtlərlə yanaşı, bu, ilk növbədə bu torpağın özünün daxili gücü, enerjisi və sinerjisi ilə bağlıdır. Ona görə də Azərbaycana münasibətdə heç kəs çaşmamalıdır. Bu, təkcə düşmənlərimizə yox, ən yaxın dostlarımıza, hətta qardaşımız Türkiyəyə də aiddir”.

Deputat bildirib ki, Azərbaycan dövlət olaraq hər kəslə qonşuluq, dostluq və qardaşlıq münasibətləri yaratmaqda və bu münasibətlərdə yaşamaqda maraqlıdır:

“Bu, bizim milli mentalitetimizdən və dövlətçilik ənənəmizdən irəli gəlir. Bu dövlətlər sırasında Türkiyənin xüsusi yeri var. Tarixin məlum dönəmində Azərbaycandan Anadoluya köç edib, güclü bir dövlət qurmuş qardaşlarımızın yanımızda və qəlbimizdə yeri özəldir. Bu gün strateji müttəfiqlik səviyyəsinə qalxan Azərbaycan-Türkiyə münasibətləri bunun əyani sübutudur. Lakin hər iki ölkənin tarixi ənənədən irəli gələn öz dövlət idarəçilik sistemi, iç problemləri, milli və regional maraqları var. Biz dövlət və millət olaraq həmişə bir-birimizə dəstək olmuşuq və olacağıq, lakin bu, bizə Türkiyənin daxili məsələlərinə və regional siyasətinə müdaxilə etmək hüququ vermədiyi kimi, Türkiyəyə də Azərbaycanın daxili işlərinə qarışmaq imtiyazı tanımır”.

Əziz Ələkbərli bu gün AKP iqtidarının Azərbaycan-İsrail münasibətlərini sorğuladığını vurğulayıb:

“Biz də Türkiyənin Yaxın Şərq və digər bölgələrdə yürütdüyü siyasətin, o cümlədən Suriya, Liviya və Sudandakı fəaliyyəti ilə bağlı bir çox məqamları və ya ölkə daxilindəki kürd-PKK münasibətlərini müzakirəyə çıxarsaq, qardaşlarımızın xoşuna gələrmi? Əlbəttə, gəlməz. Türk xalqı axın-axın küçələrə çıxıb “həpimiz Dinkiz, həpimiz erməniyiz” deyəndə erməni zülmündən vaqonlarda, çadırlarda cəhənnəm həyatı yaşayan Qarabağ qaçqınları küçələrə çıxıb qardaş Türkiyəyə etiraz etdimi? Etmədi! Qardaşımızın könlü qırılmasın deyə, ürəyimizin qanını içimizə axıtdıq. Belə misalların sayını istənilən qədər artırmaq olar. Amma etmirik. Çünki bunlar qardaşlığımıza kölgə salar. Nəhayət, “Dədə Qorqud” dastanlarından bir örnək. Hər Oğuz bəyi öz sancağını törəyə uyğun öz bildiyi kimi idarə edir, hətta Bayındır xan, Qazan xan belə həmin bəyliyin iç işlərinə müdaxilə etmir, amma dar gündə bir-birinin köməyinə gəlirlər. Strateji müttəfiqlik budur”.

Polkovnik-leytenant: Müharibə dövründə Prezidentin Xalqa müraciətlərini ayrıca qiymətləndirmək lazımdır

13:21 / 08 Noyabr 2026

HƏRBİ HƏRBİ

Polkovnik-leytenant: Müharibə dövründə Prezidentin Xalqa müraciətlərini ayrıca qiymətləndirmək lazımdır

141

0
Səfərbərlik Xidmətinin şəxsi heyəti Zəfər Tağı abidəsini ziyarət edib 

13:16 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Səfərbərlik Xidmətinin şəxsi heyəti Zəfər Tağı abidəsini ziyarət edib 

144

0
Prezident İlham Əliyev Pakistanın Azərbaycana dəyişməz dəstəyini yüksək qiymətləndirib 

13:06 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev Pakistanın Azərbaycana dəyişməz dəstəyini yüksək qiymətləndirib 

150

0
Zakir Həsənovun şəkil çəkdirdiyi əkizlər kimdir? 

12:47 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Zakir Həsənovun şəkil çəkdirdiyi əkizlər kimdir? 

544

1
Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! 

12:46 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! 

130

1
Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

12:39 / 08 Noyabr 2026

HƏRBİ HƏRBİ

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

123

0
Əhaliyə xəbərdarlıq!Qar yağacaq,0-2° şaxta olacaq

12:35 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Əhaliyə xəbərdarlıq!Qar yağacaq,0-2° şaxta olacaq

755

0
Azərbaycan dövlət başçısı: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür 

12:29 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan dövlət başçısı: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür 

158

1
Dövlət başçısı: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

12:28 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Dövlət başçısı: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

152

0
Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir 

12:27 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir 

133

0
Azərbaycan lideri: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar 

12:22 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan lideri: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar 

137

0
Xankəndidə keçmiş icra hakimiyyətinin binası Zəfər Muzeyi olacaq 

12:17 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Xankəndidə keçmiş icra hakimiyyətinin binası Zəfər Muzeyi olacaq 

140

0