Makron və Paşinyan Fransa-Ermənistan tərəfdaşlığını müzakirə ediblər
10 Noyabr 2026, 19:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
252
16.10.2026, 17:16
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm naziri Vijitha Herath ilə görüşüb.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Nazirlər Azərbaycan-Şri-Lanka ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.
Siyasi dialoqun gücləndirilməsinin, nazirliklərarası müntəzəm siyasi məsləhətləşmələrin davam etdirilməsinin, qarşılıqlı səfərlərin və müxtəlif səviyyələrdə əlaqələrin təşviqinin vacibliyini vurğulanıb. İkitərəfli əməkdaşlığın şaxələndirilməsi imkanları, xüsusilə turizm, enerji, təhsil, humanitar mübadilə və xalqlararası əlaqələr müzakirə olunub.
Tələbə mübadiləsinin genişləndirilməsi, təqaüd imkanlarının araşdırılması və diplomatların peşəkar hazırlığı sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.
Nazirlər, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitinin nəticələri və Azərbaycanın 2024–2026-cı illər üzrə sədrliyi barədə fikir mübadiləsi aparıblar.
Görüşdə çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin, dialoq və qarşılıqlı anlaşmanın təşviqinin, eləcə də Asiyada etimad quruculuğunun inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Tərəflər Azərbaycan-Şri-Lanka münasibətlərinin daha da inkişaf etdirilməsində və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsində ortaq maraqlarını bir daha təsdiqləyiblər.
23:43 / 10 Noyabr 2026
1
23:39 / 10 Noyabr 2026
11
23:28 / 10 Noyabr 2026
217
23:27 / 10 Noyabr 2026
118
23:17 / 10 Noyabr 2026
361
23:15 / 10 Noyabr 2026
157
23:00 / 10 Noyabr 2026
79
22:58 / 10 Noyabr 2026
92
22:55 / 10 Noyabr 2026
96
22:35 / 10 Noyabr 2026
95
22:30 / 10 Noyabr 2026
258
22:27 / 10 Noyabr 2026
81
22:19 / 10 Noyabr 2026
99
22:04 / 10 Noyabr 2026
169
21:55 / 10 Noyabr 2026
551
21:51 / 10 Noyabr 2026
93
21:49 / 10 Noyabr 2026
214
21:46 / 10 Noyabr 2026
221
21:44 / 10 Noyabr 2026
103
21:40 / 10 Noyabr 2026
104
21:33 / 10 Noyabr 2026
18724
21:19 / 10 Noyabr 2026
115
21:12 / 10 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.