İran ABŞ-ı danışıqlarla bağlı saxta xəbərlər yaymaqda ittiham edib
10 Noyabr 2026, 04:34
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
430
15.10.2026, 20:30
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanması məsələsinə yenidən toxunaraq, iki ölkə arasında sülhün hansı şərtlər əsasında qurulmalı olduğunu açıqlayıb. O bildirib ki, Azərbaycanla sülh sazişinin imzalanması nəticəsində Ermənistanın ərazisi 29 743 kvadratkilometr olmalıdır. Eyni zamanda, sərhədin hər iki tərəfində anklav və eksklavlar qalmamalı, Bakı və İrəvan əraziləri dəqiq ölçülərinə uyğun olaraq bir-biri ilə dəyişməlidir.
“Bütün yollar və kommunikasiya xətləri həm “Sülh qovşağı” (“Dünyanın kəsişməsi”) layihəsi çərçivəsində, həm də ondan kənarda açıq olmalıdır. Bakı və İrəvan bir-birinə qarşı heç bir tələb irəli sürməməli, bütün məsələlərdə bir-birinin işinə qarışmamalıdır. Qarabağ, Qardman, Şirvan, Naxçıvan və ya Qərbi Azərbaycan məntiqi ilə bağlı heç bir tələb olmamalıdır”, – deyə Paşinyan bildirib.
Oxu24.com xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması qarşısındakı başlıca məsələlər bəllidir:
“Azərbaycan tərəfi konkret tələblərini irəli sürüb və bunlar beynəlxalq hüququn tələblərinə uyğundur. Bakı nə bu gün, nə də bundan sonra qeyri-qanuni tələb irəli sürər. Bizim Ermənistana qarşı heç bir ərazi iddiamız yoxdur. Azərbaycan Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərini tanıyır. Paşinyanın qeyd etdiyi Qərbi Azərbaycan məsələsi isə başqa məsələdir.
Qərbi Azərbaycan məsələsi ata-baba yurdlarından zorla qovulmuş azərbaycanlıların hüquqlarının bərpasına hesablanmış siyasi xəttdir. Yəni Ermənistana qarşı hər hansı ərazi iddiası irəli sürülməyib.
zeynal emreliyev 1
Sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiya fəaliyyət göstərir və uğurlu işlər görür. Hesab edirəm ki, hər iki tərəf görülən işlərdən razıdır. Proses qanuni şəkildə davam etdirilir. Yekun sərhədlərlə bağlı qərar qəbul edildikdən sonra sülh sazişi imzalanacaq.
Anklav və eksklav məsələsinə gəlincə, bu barədə konkret razılıq yoxdur. Paşinyan öz fikrini bildirir. Amma Azərbaycanın mövqeyi daha həlledici olacaq. Ərazi mübadiləsi beynəlxalq praktikada mövcuddur, lakin tərəflər arasında bu məsələ ilə bağlı hələlik razılıq yoxdur”.
04:34 / 10 Noyabr 2026
60
04:12 / 10 Noyabr 2026
74
02:34 / 10 Noyabr 2026
119
02:02 / 10 Noyabr 2026
115
01:30 / 10 Noyabr 2026
214
01:19 / 10 Noyabr 2026
366
01:00 / 10 Noyabr 2026
165
00:25 / 10 Noyabr 2026
686
00:20 / 10 Noyabr 2026
135
00:14 / 10 Noyabr 2026
333
00:08 / 10 Noyabr 2026
129
23:52 / 09 Noyabr 2026
220
23:52 / 09 Noyabr 2026
1871
23:48 / 09 Noyabr 2026
136
23:42 / 09 Noyabr 2026
343
23:37 / 09 Noyabr 2026
374
23:32 / 09 Noyabr 2026
168
23:28 / 09 Noyabr 2026
180
23:23 / 09 Noyabr 2026
142
23:17 / 09 Noyabr 2026
223
23:12 / 09 Noyabr 2026
170
23:09 / 09 Noyabr 2026
143
23:01 / 09 Noyabr 2026
144
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.