Ərdoğan Azərbaycana gəlir
05 Noyabr 2026, 12:41
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
478
08.10.2026, 23:27
Son dövrlərdə Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı aparılan istintaq çərçivəsində Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar tamamilə dezinformasiya xarakteri daşıyır. Bu cür qarayaxma kampaniyaları ölkəmizin beynəlxalq müstəvidə və diplomatiyada qazandığı uğurlara qarşı yönəlmiş məqsədyönlü addımdır.
Dünyada özünü nüfuzlu hesab edən bəzi media subyektləri jurnalistikanın əsas prinsiplərini unudaraq qarşı tərəfin mövqeyini öyrənmədən saxta xəbərlər tirajlayırlar. Xüsusilə Almaniyanın "Spiegel" jurnalının mərkəzində dayandığı bu növbəti dezinformasiya dalğası heç də təsadüfi xarakter daşımır. Lakin sonradan Almaniya tərəfi diplomatik yollarla yayılan bu məlumatda Azərbaycanın adının heç vaxt keçmədiyini rəsmi olaraq bildirmişdir. Bu durum həmin qüvvələrin son zamanlar yaxınlaşan Azərbaycan-Almaniya münasibətlərindən narahat olduğunu açıq şəkildə nümayiş etdirir.
Təəssüf ki, qlobal miqyasda obyektiv media qurumlarının sayı azalır və onlar bəzi dairələrin əlində təzyiq alətinə çevrilirlər. Azərbaycan tərəfi isə hər zaman olduğu kimi, öz qəti mövqeyini ortaya qoyaraq bu saxta kampaniyanın əsassız olduğunu bütün dünyaya bəyan etmişdir.
Media eksperti Hacıbəy Heydərli: "Bu xəbərlər birbaşa Azərbaycan dövlətinə qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir"
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən media eksperti Hacıbəy Heydərli bildirib ki, Azərbaycana qarşı bu cür dezinformasiya xarakterli xəbərlərin yayılması artıq mütəmadi hal alıb. Ekspert qeyd edib ki, xüsusilə ölkəmizin beynəlxalq siyasətdə və diplomatiyada qazandığı uğurlar fonunda Azərbaycanı sevməyən qüvvələr məhz media vasitələri ilə saxta xəbərlərə əl atırlar.
Onun sözlərinə görə, növbəti fake news kampaniyasının mərkəzində Almaniyanın "Spiegel" dərgisi dayanır:
“Jurnalistikanın əsas prinsiplərindən biri olan qarşı tərəfin mövqeyini öyrənmək prinsipi tamamilə unudulmuş, Azərbaycan tərəfindən heç bir sorğu göndərilmədən saxta məlumatlar tirajlanmışdır. Yayılan xəbərin məhz hansısa dairələr tərəfindən bu media subyektlərinə xüsusi olaraq servis edildiyi açıq-aşkar görünür”.
Hacıbəy Heydərli vurğulayıb ki, daha sonra Almaniya tərəfinin diplomatik yollarla məlumatda Azərbaycanın adının keçmədiyini bildirməsi, bu qüvvələrin ölkələrarası münasibətlərdən narahatlığından irəli gəlir.
“Bütün bunlar dünyada obyektiv media qurumlarının sayının azaldığını və onların müəyyən qüvvələrin alətinə çevrildiyini bir daha təsdiqləyir. Azərbaycan tərəfi həm mediada, həm də yayım şurasının açıqlamaları vasitəsilə bu məlumatların saxta olduğunu bütün dünyaya çatdıraraq öz mövqeyini qətiyyətlə qoruyur”,- deyə ekspert bildirib.
Çimnaz Telmanqızı
13:20 / 05 Noyabr 2026
1
13:12 / 05 Noyabr 2026
68
13:02 / 05 Noyabr 2026
62
13:00 / 05 Noyabr 2026
106
12:56 / 05 Noyabr 2026
68
12:51 / 05 Noyabr 2026
72
12:41 / 05 Noyabr 2026
231
12:40 / 05 Noyabr 2026
81
12:39 / 05 Noyabr 2026
76
12:36 / 05 Noyabr 2026
111
12:27 / 05 Noyabr 2026
401
12:26 / 05 Noyabr 2026
75
12:16 / 05 Noyabr 2026
388
12:14 / 05 Noyabr 2026
76
12:11 / 05 Noyabr 2026
73
12:00 / 05 Noyabr 2026
78
11:48 / 05 Noyabr 2026
99
11:46 / 05 Noyabr 2026
97
11:42 / 05 Noyabr 2026
124
11:34 / 05 Noyabr 2026
510
11:32 / 05 Noyabr 2026
247
11:29 / 05 Noyabr 2026
333
11:21 / 05 Noyabr 2026
304
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.