Trampın Əliyevi ABŞ-yə dəvəti Azərbaycana nə verəcək? — SİYASİ ŞƏRH
02 Noyabr 2026, 22:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
429
07.10.2026, 21:25
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin delimitasiya və demarkasiyasının zəruriliyi barədə səsləndirdiyi fikirlər Cənubi Qafqazda diplomatik gedişlərin fonunda diqqəti cəlb edir. Oktyabrın 4-də edilən bu açıqlamada Tiflisin həm Bakı, həm də İrəvanla mövcud dostluq əlaqələrinə istinad olunaraq sərhəd müəyyənləşdirmə prosesinin dostluq şəraitində aparılmasının vacibliyi vurğulanıb. Rəsmi Tiflis bu bəyanatla Cənubi Qafqazda sülh prosesinə öz töhfəsini vermək və regional əməkdaşlıq platformasındakı mövqeyini gücləndirmək niyyətini ortaya qoyur. Bakı ilə strateji tərəfdaşlıq, İrəvanla isə işlək siyasi əlaqələr Gürcüstana bu istiqamətdə müəyyən üstünlüklər qazandırır. Bununla belə, prosesin ikitərəfli xarakter daşıması və suveren qərarlardan asılı olması Tiflisin rolunun çərçivələrini müəyyənləşdirir. Sərhədlərin müəyyənləşdirilməsi məsələsinin regional sabitlik və təhlükəsizlik mühitinə təsirləri isə kifayət qədər geniş spektrdə müzakirə olunur.
Yaranmış vəziyyəti və Tiflisin gözləntilərini dəyərləndirmək üçün suallarımızı politoloqa ünvanladıq. Mövzu ilə bağlı politoloq Elman Telmanoğlu Oxu24.com-a açıqlama verib.
Politoloq bildirib ki, İrakli Kobaxidzenin bu açıqlamasını Gürcüstanın Cənubi Qafqazda vasitəçilik və regional əməkdaşlıq imkanlarını genişləndirmək cəhdinin bir hissəsi kimi qiymətləndirmək olar:
“Tiflis həm Azərbaycan, həm də Ermənistanla münasibətlərini qorumağa çalışır və iki ölkə arasındakı sərhəd məsələlərinin qarşıdurma deyil, dialoq yolu ilə həllini təşviq etməklə özünü regional sabitlik üçün əlverişli platforma kimi təqdim edir”.
Onun sözlərinə görə, Gürcüstanın əsas üstünlüyü ondan ibarətdir ki, Bakı ilə strateji tərəfdaşlığı, İrəvanla isə işlək siyasi əlaqələri mövcuddur. Buna görə Tiflis özünü yalnız tranzit ölkə deyil, həm də regional siyasi dialoqun təşviqində maraqlı aktor kimi mövqeləndirmək istəyir.
Elman Telmanğolu bir məqamı diqqətə çatdırıb ki, burada Gürcüstanın imkanlarını həddindən artıq qiymətləndirmək də doğru olmaz:
“Sərhədlərin delimitasiyası və demarkasiyası birbaşa Azərbaycan və Ermənistanın suveren qərarlarından asılı olan ikitərəfli prosesdir. Tiflisin əsas rolu daha çox etimad mühitinin formalaşdırılması, tərəflər arasında kommunikasiyanın təşviqi və regional layihələr üçün siyasi şəraitin yaradılması ola bilər. Gürcüstan bu istiqamətdə fəallığını artırarsa, Cənubi Qafqazda üçtərəfli əməkdaşlıq formatlarının inkişafında əlavə imkanlar yarana bilər. Bu isə Tiflisin həm siyasi çəkisini, həm də regiondakı geosiyasi əhəmiyyətini artırmağa xidmət edir”.
Bəs, bu proses Azərbaycan-Gürcüstan-Ermənistan münasibətlərinə və regiondakı təhlükəsizlik mühitinə necə təsir göstərə bilər?
Politoloq qeyd edib ki, Azərbaycan, Gürcüstan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı konstruktiv yanaşmanın güclənməsi ümumilikdə Cənubi Qafqazın təhlükəsizlik mühitinə müsbət təsir göstərə bilər. Xüsusilə Azərbaycan-Ermənistan münasibətlərində sərhədlərin delimitasiyası üzrə irəliləyiş əldə olunması regional kommunikasiyaların açılması və iqtisadi əməkdaşlığın genişlənməsi üçün daha əlverişli şərait yaradar.
O vurğulayıb ki, Gürcüstanın bu prosesə dəstək verməsi isə üç ölkə arasında qarşılıqlı etimadın artmasına və regional problemlərin xarici güclərin təsirindən daha çox yerli aktorların iştirakı ilə həll edilməsinə zəmin yarada bilər:
“Bu baxımdan sərhəd məsələsi təkcə hüquqi-texniki proses deyil, həm də uzunmüddətli regional sabitlik məsələsidir. Digər tərəfdən, prosesin uğuru üçün Tiflisin balanslı mövqeyini qoruması vacibdir. Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığını nəzərə almalı, eyni zamanda Ermənistanla münasibətlərdə də etimad yaradan siyasət yürütməlidir. Əgər Tiflis bu balansı qoruya bilsə, Azərbaycan-Gürcüstan-Ermənistan xəttində iqtisadi və nəqliyyat əməkdaşlığının genişlənməsi üçün yeni imkanlar yarana bilər. Əks halda, sərhəd və təhlükəsizlik məsələlərinin siyasiləşdirilməsi yeni gərginliklərə yol aça bilər”.
“Buna görə Kobaxidzenin mesajının əsas əhəmiyyəti ondan ibarətdir ki, Gürcüstan regionda qarşıdurma deyil, kommunikasiyaların və qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinə əsaslanan təhlükəsizlik modelinin tərəfdarı olduğunu nümayiş etdirir”,- deyə E.Telmanoğlu əlavə edib.
Çimnaz Telmanqızı
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.