Limit qoyulacaq -SAHİL BABAYEV AÇIQLADI
13 Noyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
322
03.10.2026, 19:46
Ali Baş Komandan, Prezident İlham Əliyev oktyabrın 2-də YAP-ın Vlll Qurultayında çıxışı zamanı bir çox sahələrə toxunaraq, son zamanlar diqqət mərkəzində olan bəzi məsələlərdən də danışıb. Ölkə başçısı qeyd edib ki, " Bizə, heç kimin köməyi lazım deyil. Nə etmişik özümüz etmişik".
Bəli, Azərbaycan 30 illik işğala cəmi 44 günə son qoydu. Ərazilərini düşmən tapdağından azad etməklə, suveren, azad və ərazi bütövlüyünü təmin etmiş dövlət kimi 200 illik işğalçılıq siyasətinin də kökünü qazdı.
Vətən müharibəsində dünya hərb tarixinə nümunə olacaq şəkildə özümüz döyüşdük, millət kimi bir yumruqda, bir amal uğrunda birləşib mübarizə apardıq. Qəhrəmanlıq göstərdik. Düşmənin və onun himayədarlarının üzərinə məğrur addımlarla getdik.
Ön cəbhədə Azərbaycan əsgəri, arxa cəbhədə isə Ali Baş Komandan kimi dövlət başçısı döyüşdü. Əsgərimiz döyüş meydanında, Prezidentimiz isə informasiya savaşında nəhəng qüvvələrlə mübarizə apardı.
Bütün qüvvəmizlə səfərbər olub, Xalq-Dövlət birliyinin, vəhdətinin gücü ilə Zəfərimizi qazandıq. Ölkəmizi 20 faizi ərazisi işğal edilmiş, bir milyon qaçqını olan dövlətdən, Qalib dövlətə çevirdik. Bütün bunlar, öz daxili gücümüz və potensialımız hesabına əldə olundu.
Biz Ermənistan kimi kölgə siyasətinə sığınıb, kimlərdənsə mədət ummadıq. Silah dilənmədik. Yazıq görkəmi alıb, kimlərinsə yardımına göz dikmədik. İanəmiz bitəndə isə "asta qaçan namərddir" deyib, döyüş meydanını tərk etmədik. 11 min fərarisi olan Ermənistan ordusunun qarşısında son damla qanımıza kimi döyüşdük. Bir nəfər əsgərimiz döyüş meydanını tərk etmədi. Ürəyində Vətən eşqi yalnız irəli getdi. Haqqı olanı əldə etdi.
Nə etdik, öz qüvvəmiz hesabına əldə etdik.
Bu gün də Azərbaycan işğal azad edilmiş ərazilərdə təmir-bərpa işlərini öz gücü hesabına aparır. Düşmən tərəfindən dağıdılıb, viranə qoyulmuş şəhər və kəndlər yenidən tikilib, qurulur. İnsanlar 30 ildən sonra doğma ocaqlarına, ata-baba yurdlarına qayıdırlar. Köhnə ünvanlar yeni üslubda və tərzdə inşa edilib, sakinlərin ixtiyarına verilir. Daha müasir və modern bir bölgə yaradılır. İndi Qarabağ və Şərhi Zəngəzur bölgəsi həm də hava məkanını bütün dünyanın üzünə açıb.
Qələbədən ötən altı il müddətində heç bir ölkə deyə bilməz ki, Azərbaycana hər hansı şəkildə yardım göstərib. Doğrudur, bəzi dost dövlətlər Qarabağda məktəb və digər təhsil mərkəzləri inşa edib. Azərbaycan 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də bölgənin dirçəldilməsində, tikilib, yenidən qurulmasında yalnız öz gücünə və iqtisadi imkanlarına arxalanır.
Ramidə Yaqubqızı
23:28 / 13 Noyabr 2026
13
23:22 / 13 Noyabr 2026
32
23:17 / 13 Noyabr 2026
43
23:09 / 13 Noyabr 2026
54
23:05 / 13 Noyabr 2026
59
23:02 / 13 Noyabr 2026
64
22:53 / 13 Noyabr 2026
75
22:49 / 13 Noyabr 2026
72
22:41 / 13 Noyabr 2026
72
22:36 / 13 Noyabr 2026
84
22:18 / 13 Noyabr 2026
80
22:13 / 13 Noyabr 2026
83
22:03 / 13 Noyabr 2026
427
21:43 / 13 Noyabr 2026
818
21:36 / 13 Noyabr 2026
95
21:29 / 13 Noyabr 2026
121
21:24 / 13 Noyabr 2026
97
21:03 / 13 Noyabr 2026
106
20:58 / 13 Noyabr 2026
117
20:50 / 13 Noyabr 2026
1136
20:41 / 13 Noyabr 2026
143
20:37 / 13 Noyabr 2026
115
20:35 / 13 Noyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.