Pezeşkian Moskvaya səfər edəcək
24 Oktyabr 2026, 18:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
293
03.10.2026, 14:15
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı dərinməzmunlu, proqram xarakterli çıxışı partiyanın keçdiyi çətin və eyni zamanda şərəfli yolun geniş təhlili, həmçinin onların əsasında qarşıdakı dövrün hədəflərinin, görüləcək işlərin təqdimatı idi.
Bunu "Report"a açıqlamsında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, YAP-ın qurultayı ölkənin ictimai-siyasi həyatında önəmli hadisədir:
Deputat qeyd edib ki, partiyanın VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenlyinin tam bərpa edilməsinin Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıqlar şəraitində keçirilib:
"VII Qurultayımız da şanlı Zəfərimizdən bir neçə ay sonra baş tutdu. Təbii ki, hər dövrün çağırışları ölkədə gedən bütün proseslərin mərkəzində dayanan, Azərbaycanın keçdiyi inkişaf mərhələlərinin bələdçisinə çevrilən Yeni Azərbaycan Partiyasının da fəaliyyətində təkmilləşməni, yeniləşməni bir zərurət kimi qarşıya qoyur. Qurultaylarda qəbul edilən Nizamnamə sənədləri həmin zərurətdən irəli gələn məqamları özündə əks etdirərək partiyanın qarşıdakı dövr üçün fəaliyyətini istiqamətləndirir".
V.Rəhimzadənin fikrincə, prezident İlham Əliyevin hər bir çıxışı Azərbaycanın reallıqlarının təbliği, ölkədə, regionda və dünyada baş verən hadisələr barədə dolğun məlumatların əldə edilməsi üçün zəngin mənbədir:
"İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir. Bu, asan başa gəlmədi. Bu illər ərzində çox ciddi müqavimətlə üzləşmişdik. Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira ilə dolu kampaniyalarla üzləşmişdik. Bizə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini bəzi ölkələr ciddi müzakirə edirdi. Ancaq qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ilk növbədə, Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üst etdi. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir".
Deputat əlavə edib ki, Prezident İlham Əliyev həmçinin təhlükəsizlik tədbirlərindən, ideoloji təhlükəsizliyin təmin edilməsindən, YAP fəallarının ideoloji işin aparılmasında iştirakından, xarici siyasət uğurlarımızdan, hazırkı dövrün reallıqlarına uyğun olaraq Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, Azərbaycanın iqtisadi inkişafının güclü sosial siyasətlə tamamlanmasından geniş bəhs etdi.
"Təbii ki, qeyd edilən istiqamətlərin hər biri ayrı-ayrılıqda bir yazının mövzusudur. Hər dövrün öz tələbi, çağırışı olduğunu, onların həyata keçirilməsində müasir yenilikdən istifadə etməyin vacibliyi Qurultayda xüsusi vurğulandı. Dövlət başçısı bildirdi ki, ideoloji işin düzgün qurulması, şablonlardan, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil. Bəzi ölkələrdə bəzi rəhbərlər həm keçmişdə olan bəzi nailiyyətləri öz adlarına çıxarmaq, yaxud da ki, tarixi təhrif edərək öz rollarını şişirtmək istəyirlər, bizə bu lazım deyil. Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa bu gün çox şaxələnmiş informasiya mənbələri olan bir zamanda, o cümlədən Azərbaycan dilində çatsın", - V.Rəhimzadə qeyd edib.
23:16 / 24 Oktyabr 2026
29
22:52 / 24 Oktyabr 2026
45
22:34 / 24 Oktyabr 2026
69
22:14 / 24 Oktyabr 2026
66
22:05 / 24 Oktyabr 2026
173
21:42 / 24 Oktyabr 2026
1063
21:28 / 24 Oktyabr 2026
75
21:12 / 24 Oktyabr 2026
85
21:07 / 24 Oktyabr 2026
77
20:52 / 24 Oktyabr 2026
80
20:34 / 24 Oktyabr 2026
85
20:31 / 24 Oktyabr 2026
744
20:12 / 24 Oktyabr 2026
87
20:05 / 24 Oktyabr 2026
95
19:55 / 24 Oktyabr 2026
87
19:40 / 24 Oktyabr 2026
90
19:09 / 24 Oktyabr 2026
115
18:55 / 24 Oktyabr 2026
87
18:40 / 24 Oktyabr 2026
99
18:27 / 24 Oktyabr 2026
97
18:20 / 24 Oktyabr 2026
337
18:13 / 24 Oktyabr 2026
412
18:07 / 24 Oktyabr 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.