Pezeşkian Moskvaya səfər edəcək
24 Oktyabr 2026, 18:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
293
02.10.2026, 18:59
Xəbər verildiyi kimi, Yeni Azərbaycan Partiyasının VIII qurultayında partiyanın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib.
Oxu24.com bildirir ki, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, sabiq deputat Alqış Musayev də partiyanın rəhbər heyətinə üzv seçilib.
Məlumat üçün bildirək ki, o, Azərbaycan ictimai-siyasi və media həyatında uzun illərdir fəaliyyət göstərən simalardandır. 1993-cü ildən “Yeni Azərbaycan” qəzetində jurnalist kimi çalışıb, 1997–2008-ci illərdə nəşrin baş redaktoru olub. 2021-ci ildə yenidən qəzetin baş redaktoru vəzifəsinə təyin edilib.
Alqış Musayev 2000-ci ildə keçirilən seçkilərdən sonra formalaşan II çağırış Milli Məclisin deputatı olub. O, parlamentdə 14 saylı Qaradağ seçki dairəsini təmsil edib və 2000-2005-ci illərdə deputatlıq fəaliyyətini həyata keçirib. Onun fəaliyyəti həm parlament, həm də media müstəvisində YAP-la sıx bağlı olub. O, eyni zamanda YAP Siyasi Şurasının üzvü kimi də fəaliyyət göstərib. 2005-ci ildə “Tərəqqi” medalı, 2022-ci ildə isə “Əməkdar jurnalist” fəxri adı ilə təltif olunub.
Qeyd edək ki, Alqış Musayevlə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev arasında ciddi qarşıdurmalar yaşanıb. Ən mühüm hadisə 2004-cü ildə baş verib.
Alqış Musayev müsahibələrinin birində bildirmişdi ki, həmin vaxt “Yeni Azərbaycan” qəzetində Ramiz Mehdiyevi tənqid edən “Ramiz Mehdiyev nə vaxtdan bəri dövrümüzün mahir tədqiqatçısı və görkəmli filosofu olub?” sərlövhəli yazı dərc olunub. Musayev demişdi ki, yazıdan sonra Mehdiyev onunla görüşüb, kövrəlib və üzr istəyib.
Daha maraqlısı odur ki, Musayev həmin dövrdə Milli Məclisin deputatı idi və bildirdiyinə görə, yazıdan sonra bəzi deputatlar ondan uzaq durmağa başlayıb. O, həmçinin YAP Nizami rayon təşkilatından özünə hədə və xəbərdarlıq teleqramları göndərildiyini bildirib. Musayev bunu Mehdiyevin yaratdığı siyasi mühitlə əlaqələndirimişdi.
Bu mövzu sonradan da davam edib. 2025-ci ilin dekabrında Alqış Musayev Ramiz Mehdiyevi vaxtilə yüksək səviyyədə tərifləyən şəxsləri də sərt tənqid edib və Mehdiyev ətrafında formalaşdırılmış “siyasətin akademiki”, “dərin dövlət adamı” kimi təqdimatları sorğulayıb.
22:05 / 24 Oktyabr 2026
1
21:42 / 24 Oktyabr 2026
427
21:28 / 24 Oktyabr 2026
43
21:12 / 24 Oktyabr 2026
71
21:07 / 24 Oktyabr 2026
69
20:52 / 24 Oktyabr 2026
69
20:34 / 24 Oktyabr 2026
75
20:31 / 24 Oktyabr 2026
571
20:12 / 24 Oktyabr 2026
78
20:05 / 24 Oktyabr 2026
84
19:55 / 24 Oktyabr 2026
76
19:40 / 24 Oktyabr 2026
83
19:09 / 24 Oktyabr 2026
107
18:55 / 24 Oktyabr 2026
82
18:40 / 24 Oktyabr 2026
91
18:27 / 24 Oktyabr 2026
88
18:20 / 24 Oktyabr 2026
277
18:13 / 24 Oktyabr 2026
109
18:07 / 24 Oktyabr 2026
83
18:02 / 24 Oktyabr 2026
627
17:59 / 24 Oktyabr 2026
89
17:59 / 24 Oktyabr 2026
568
17:38 / 24 Oktyabr 2026
2241
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.