10 gün ərzində qeydiyyata düşməyənləri CƏRİMƏ GÖZLƏYİR – Hüquqşünas açıqladı
04 Oktyabr 2026, 16:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
226
30.09.2026, 19:15
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana rəsmi səfər edərək Tehranda Prezident Məsud Pezeşkianla görüşüb. Yüksək səviyyəli görüşdə iki ölkə arasında iqtisadiyyat, ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi geniş müzakirə olunub. Eyni gün Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub. Prezidentlərin söhbətində hökumətlərarası nümayəndə heyətinin Tehrandakı danışıqlarının nəticələrinə xüsusi toxunulub. Danışıqlarda Şimal-Cənub nəqliyyat dəhlizi və Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisinin tamamlanması əsas müzakirə mövzularından biri olub.
Eyni zamanda, tərəflər arasında elektrik enerjisi mübadiləsi və enerji sistemlərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib. Bütün bu təmaslar Bakı ilə Tehran arasında iqtisadi münasibətlərin siyasi dialoqla paralel şəkildə inkişaf etdiyini göstərir. Son geosiyasi proseslər fonunda baş verən bu dinamika regionda təhlükəsizlik və logistika imkanlarını daha da genişləndirir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Mütəllim Rəhimli bildirib ki, son diplomatik təmaslar Azərbaycan-İran münasibətlərində fikir ayrılıqlarından daha çox praktiki əməkdaşlığa üstünlük verildiyini nümayiş etdirir:
“Bu səfər və aparılan yüksək səviyyəli danışıqlar iqtisadi münasibətlərin siyasi dialoqla paralel şəkildə inkişaf etdiyini göstərir. İki ölkə arasında Şimal-Cənub nəqliyyat dəhlizi mühüm yer tutur. Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisinin tamamlanması və sərhəd-keçid məntəqəsinin hazırlanması Azərbaycanla İranı daha geniş regional logistika sistemində bir-birinə bağlayır”.
Onun sözlərinə görə, bu layihələrin reallaşması Azərbaycan üçün İran ərazisindən Fars körfəzinə, İran üçün isə Azərbaycan üzərindən şimal istiqamətində yeni keçid imkanlarının genişlənməsi deməkdir.
Politoloq qeyd edib ki, enerji əməkdaşlığı da qarşılıqlı maraqlar yaradan əsas sahələrdən biridir:
“Tərəflər arasında elektrik enerjisi mübadiləsi, enerji sistemlərinin əlaqələndirilməsi və digər birgə layihələr münasibətləri daha da yaxınlaşdıra bilər. Hazırda İranın Azərbaycan elektrik enerjisinə ehtiyacının artması da bu sahənin praktiki əhəmiyyətini açıq şəkildə üzə çıxarır”.
Mütəllim Rəhimli hesab edir ki, Azərbaycan üçün İranla münasibətlərin sabitləşdirilməsi cənub sərhədində əlavə təhlükəsizlik və siyasi manevr imkanları yaradır. İran üçün isə Azərbaycanla nəqliyyat və ticarət əlaqələrinin genişlənməsi ölkənin regional tranzit imkanlarını və qonşu dövlətlərlə iqtisadi əlaqələrini gücləndirir.
O vurğulayıb ki, Bakı üçün əsas məsələ müxtəlif güc mərkəzləri ilə münasibətlərdə balanslı və milli maraqlara əsaslanan siyasəti qorumaqdır. İranla iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı Azərbaycanın digər tərəfdaşları ilə münasibətlərinə alternativ deyil, əlavə regional imkanların yaradılması kimi qiymətləndirilməlidir.
Çimnaz Telmanqızı
17:35 / 04 Oktyabr 2026
1
17:30 / 04 Oktyabr 2026
37
17:23 / 04 Oktyabr 2026
43
17:20 / 04 Oktyabr 2026
33
16:58 / 04 Oktyabr 2026
631
16:56 / 04 Oktyabr 2026
82
16:55 / 04 Oktyabr 2026
64
16:53 / 04 Oktyabr 2026
68
16:51 / 04 Oktyabr 2026
54
16:49 / 04 Oktyabr 2026
49
14:30 / 04 Oktyabr 2026
85
14:04 / 04 Oktyabr 2026
119
14:00 / 04 Oktyabr 2026
91
13:55 / 04 Oktyabr 2026
69
13:44 / 04 Oktyabr 2026
239
13:40 / 04 Oktyabr 2026
75
13:30 / 04 Oktyabr 2026
66
13:15 / 04 Oktyabr 2026
86
12:55 / 04 Oktyabr 2026
89
12:48 / 04 Oktyabr 2026
264
12:31 / 04 Oktyabr 2026
91
12:13 / 04 Oktyabr 2026
1771
12:10 / 04 Oktyabr 2026
2294
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.