Avropanın təhlükəsizliyinin gələcəyi və ABŞ amili
14 Noyabr 2026, 11:39
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
281
29.09.2026, 17:19
Bu çıxışda cənab prezidentin bildirmək istədiyi məqamlar var idi. Azərbaycan artıq sadəcə neft-qaz satan ölkə yox, regionun əsas tranzit, rəqəmsal və enerji qovşağı olmaq strategiyasını icra edir.
Prezident çıxışında mühüm mesajlar verdi.
İnvestorlar bu gün Azərbaycana inanmalıdır. Çünki ölkənin xarici borcu minimumdur və valyuta ehtiyatları bu borcu dəfələrlə bağlayır. Manatın məzənnəsi sabitdir. Bu o deməkdir ki, dövlət kənar maliyyə şoklarından asılı deyil.
30 il əvvəl imzalanmış neft müqavilələri belə öz qüvvəsində qalmaqdadır. Bu, investor üçün ən vacib olan hüquqi zəmanət deməkdir.
Neft-qaz var, amma gələcəyə başqa tərəflərdən də baxmaq lazımdır.
Neft və qaz hələ uzun müddət əsas gəlir mənbəyi olaraq qalacaq.
Azərbaycan qazı elektrik stansiyalarında yandırmaq əvəzinə, ölkə daxilində Günəş və külək enerjisinə keçmək istəyir. Məqsəd isə qənaət olunan təbii qazı Avropaya satmaq, Yaşıl enerjini isə kabellərlə xaricə və daxili Süni İntellekt / Data mərkəzlərinə yönəltməkdir.
Dünyada təchizat zənciri pozulub və Azərbaycan tam bu xaosun ortasında təhlükəsiz alternativ kimi ortaya çıxır.
Ölkəmiz fiziki infrastruktura (dəmiryolu, limanlar, avtomobil yolları) böyük pul yatırıb. İndi isə hədəf tranzit yükü 16 milyon tondan 2030-cu ildə 25 milyon tona qaldırmaqdır. Bunun üçün təkcə yollar yox, rəqəmsal gömrük və Mərkəzi Asiya ölkələri ilə siyasi-iqtisadi inteqrasiya istifadə olunur.
Digər məsələ isə, İnsan kapitalı və Təhlükəsizlikdir. Bütün infrastrukturları idarə etmək üçün yerli kadrlar yetişdirilib. Neft sahəsində əcnəbi mütəxəssis payı 90%-dən 5%-ə düşüb. Bölgədəki geosiyasi çətinliklərə, keçmiş işğal tarixinə baxmayaraq, ölkədə daxili sabitlik və təhlükəsizlik var.
Yekunda cənab prezidentin çıxışından bu qənaətə gəlirik ki, "Bizim neftimiz var, amma biz gələcəyimizi yalnız neft üzərində qurmuruq. Biz təhlükəsizik, borcumuz yoxdur, infrastrukturumuz hazırdır və bizimlə işləmək uzunmüddətli qazanc gətirəcək."
Milli Məclisin deputatı Ceyhun Məmmədov
20:23 / 14 Noyabr 2026
1
19:54 / 14 Noyabr 2026
47
19:50 / 14 Noyabr 2026
58
19:36 / 14 Noyabr 2026
851
19:15 / 14 Noyabr 2026
94
19:12 / 14 Noyabr 2026
96
19:05 / 14 Noyabr 2026
95
18:50 / 14 Noyabr 2026
93
18:43 / 14 Noyabr 2026
109
18:21 / 14 Noyabr 2026
728
18:09 / 14 Noyabr 2026
122
18:06 / 14 Noyabr 2026
510
18:03 / 14 Noyabr 2026
103
17:18 / 14 Noyabr 2026
211
17:15 / 14 Noyabr 2026
120
16:20 / 14 Noyabr 2026
128
16:05 / 14 Noyabr 2026
179
15:45 / 14 Noyabr 2026
134
15:27 / 14 Noyabr 2026
309
15:25 / 14 Noyabr 2026
150
15:07 / 14 Noyabr 2026
318
15:05 / 14 Noyabr 2026
149
14:44 / 14 Noyabr 2026
317
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.