Limit qoyulacaq -SAHİL BABAYEV AÇIQLADI
13 Noyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
276
29.09.2026, 17:02
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Tehranda İranın neft naziri Möhsin Paknejad ilə görüşüb.
Oxu24.com xəbər verir ki ,Tehran bürosunun məlumatına görə, Tehranda səfərdə olan Şahin Mustafayev və onu müşayiət edən nümayəndə heyəti səfər çərçivəsində bu gün Möhsin Paknejad ilə görüşərək ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.
Görüşdə Tehran və Bakı arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud imkanlar nəzərdən keçirilib.
Bundan əlavə, Şahin Mustafayev və Möhsin Paknejad iki ölkə arasında birgə işçi qrupları çərçivəsində əldə olunmuş razılaşmaların icrasını müzakirə edib, neft və qaz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yollarını nəzərdən keçiriblər.
İranın neft naziri Möhsin Paknejad görüşdən sonra Azərbaycan Baş nazirinin müavini ilə apardığı müzakirələrə toxunaraq jurnalistlərə bildirib ki, Tehran və Bakı arasında uzun illərdir mövcud olan əlaqələr, eləcə də son illərdə formalaşan konstruktiv əməkdaşlıq, xüsusilə iqtisadi sahələrdə əlaqələrin inkişafı üçün əlverişli imkanlar yaradıb.
O bildirib ki, görüşdə əsas diqqət iki ölkə arasında enerji əməkdaşlığına yönəldilib.
“Azərbaycan Respublikasında mövcud olan geniş imkanları nəzərə alaraq, enerji ticarəti və digər əməkdaşlıq istiqamətləri barədə ətraflı müzakirələr və fikir mübadiləsi aparıldı”, - deyə Möhsin Paknejad qeyd edib.
İranın neft naziri əlavə edib ki, müzakirə olunan məsələlərin nəticələrinin əldə olunması məqsədilə tərəflərin müəyyənləşdirdiyi birgə işçi qrupları çərçivəsində onların izlənilməsi barədə razılıq əldə olunub.



00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.