Limit qoyulacaq -SAHİL BABAYEV AÇIQLADI
13 Noyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
873
26.09.2026, 10:32
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir.
“Yeni Sabah”ın araşdırmasına əsasən, aşağıdakı kateqoriyalara aid şəxslər daha tez pensiya almaq imkanına sahibdir:
Ağır və zərərli iş şəraitində çalışanlar Dominos pizza
Yeraltı mədənlərdə, xüsusilə zərərli və ağır əmək şəraitində çalışan şəxslər müəyyən edilmiş sığorta stajına malik olduqda pensiya yaşına daha tez çatırlar. Mülki aviasiyanın uçuş heyətində çalışanlar, dənizçilər, liman işçiləri və peşəkar incəsənət xadimləri də qanunvericiliklə müəyyən edilmiş xüsusi iş stajını topladıqda vaxtından əvvəl pensiyaya çıxmaq hüququ əldə edirlər. Hərbi qulluqçular, hüquq-mühafizə və xüsusi rütbəli orqan əməkdaşları isə tələb olunan xidmət illərini tamamladıqda yaş həddindən asılı olmayaraq pensiyaya ayrıla bilirlər.
Çoxuşaqlı və xüsusi qayğıya ehtiyacı olan ailələr
Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş anaların pensiya yaşı hər uşağa görə bir il azaldılmaqla aşağı salınır. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş analar, ana vəfat etdikdə və ya valideynlik hüququndan məhrum edildikdə isə atalar beş il əvvəl təqaüdə çıxmaq hüququ qazanırlar. Uşaqlarını təkbaşına boya-başa çatdıran atalar və qanuni qəyyumlar üçün də oxşar güzəştli şərtlər nəzərdə tutulur.
Sağlamlıq məhdudiyyəti olan şəxslər
Birinci qrup göz əlilliyi olan şəxslər, yəni anadangəlmə və ya xəstəlikdən görmə qabiliyyətini tamitirənlər güzəştli şərtlərlə pensiyaya ayrılanlar sırasındadır. Hipofizar mənşəli cırtdanboyluq xəstəliyi olan şəxslər üçün də qanunla daha aşağı yaş həddi müəyyən edilmişdir. Bununla yanaşı, Çernobıl AES qəzasının ləğvində iştirak etmiş və nəticədə əlillik dərəcəsi almış şəxslərə də yaş həddində xüsusi güzəştlər tətbiq olunur.
Şəhid valideynləri
Şəhid statusu almış şəxslərin anaları və ataları üçün də qanunvericilikdə xüsusi güzəştlər nəzərdə tutulub. Bu kateqoriyaya aid edilən valideynlər müəyyən olunmuş ümumi pensiya yaş həddindən beş il əvvəl təqaüdə çıxmaq hüququna sahibdirlər.
Pensiya hüququ qazanmaq üçün tələb olunan şərtlər
Erkən pensiyaya çıxmaq hüququndan yararlanmaq üçün yalnız yaş güzəştinə malik olmaq kifayət etmir. Şəxsin müvafiq fəaliyyət üzrə tələb olunan minimum sığorta stajına və ya fərdi hesabında kifayət qədər pensiya kapitalına malik olması mütləq şərt hesab olunur.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.