Ərdoğan Azərbaycanı təbrik edib
09 Noyabr 2026, 14:37
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
313
25.09.2026, 22:19
Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsi və iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi istiqamətində son illər mühüm strateji addımlar atılır. Bu prosesdə ölkənin zəngin təbii ehtiyatlarından, xüsusilə də dağ-mədən sənayesinin potensialından daha səmərəli istifadə edilməsi qarşıda duran əsas hədəflərdəndir. Qızıl, mis, dəmir filizi və digər faydalı qazıntıların hasilatı ilə yanaşı, onların ölkə daxilində emal olunması ixrac imkanlarını əhəmiyyətli dərəcədə artıra bilər. Əsas məqsəd təkcə xammal ixrac edən ölkə olaraq qalmaq deyil, həm də yüksək əlavə dəyər yaradan hazır məhsul istehsalçısına çevrilməkdir. Bu sahənin inkişafı təkcə sənaye istehsalı ilə məhdudlaşmır, həm də regionların iqtisadi fəallığına və məşğulluq səviyyəsinin yüksəlməsinə birbaşa təsir göstərir. Yeni mədən və emal müəssisələrinin yaradılması nəqliyyat, logistika, tikinti və xidmət sektorlarında da əhəmiyyətli canlanma yaradır. Lakin bu potensialın tam reallaşdırılması üçün investisiyaların məhz müasir texnologiyalara və infrastrukturun inkişafına yönəldilməsi həyati əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, dağ-mədən sənayesi Azərbaycanın qeyri-neft sektorunun inkişafında mühüm istiqamətlərdən birinə çevrilə bilər və bu sahəyə yatırılan investisiyalar istehsal ilə ixrac potensialının genişlənməsinə, həmçinin regionlarda iqtisadi fəallığın artmasına şərait yarada bilər.
O qeyd edib ki, sahənin inkişafı bir neçə əsas istiqamət üzrə kompleks yanaşma tələb edir:
“Ən böyük iqtisadi nəticə Azərbaycanın sadəcə xammal ixrac edən dövlətdən həmin resursları daxildə emal edərək yüksək əlavə dəyər yaradan məhsullar ixrac edən ölkəyə çevrilməsidir. Bu yanaşma metallurgiya, maşınqayırma və kimya kimi əlaqəli sənaye sahələrinə də güclü təkan verir.
Yeni mədən və emal müəssisələrinin açılması regionlarda birbaşa iş yerləri yaratmaqla yanaşı, nəqliyyat, logistika, tikinti və xidmət sahələrində də məşğulluğu artırır. Bununla da bölgələrdə iqtisadi aktivlik uzunmüddətli əsasda təmin olunur”.
Akif Nəsirlinin sözlərinə görə, səmərəliliyin artırılması üçün investisiyalar yalnız ilkin hasilata deyil, emal sənayesinə, qabaqcıl texnologiyalara və logistik infrastruktura yönəldilməlidir. Yerli şirkətlərin bu layihələrə fəal cəlb olunması və ixtisaslı kadr potensialının gücləndirilməsi də vacib şərtlərdəndir.
Sədr həmçinib əlavə edib ki, sahənin inkişafı zamanı şəffaf və proqnozlaşdırılan investisiya mühitinin formalaşdırılması ilə yanaşı, ekoloji standartlara ciddi əməl olunmalıdır. Mədənlərin istismarı prosesində torpaq və su ehtiyatlarının qorunması ekoloji balansın saxlanılması üçün mərkəzi rol oynayır.
Çimnaz Telmanqızı
15:23 / 09 Noyabr 2026
4
15:13 / 09 Noyabr 2026
40
15:05 / 09 Noyabr 2026
134
15:00 / 09 Noyabr 2026
80
14:58 / 09 Noyabr 2026
69
14:55 / 09 Noyabr 2026
81
14:42 / 09 Noyabr 2026
72
14:37 / 09 Noyabr 2026
75
14:29 / 09 Noyabr 2026
206
14:22 / 09 Noyabr 2026
190
14:17 / 09 Noyabr 2026
95
14:06 / 09 Noyabr 2026
957
14:04 / 09 Noyabr 2026
116
13:44 / 09 Noyabr 2026
776
13:21 / 09 Noyabr 2026
129
13:11 / 09 Noyabr 2026
352
12:57 / 09 Noyabr 2026
1746
12:55 / 09 Noyabr 2026
127
12:40 / 09 Noyabr 2026
236
12:27 / 09 Noyabr 2026
190
12:15 / 09 Noyabr 2026
358
12:03 / 09 Noyabr 2026
1395
11:56 / 09 Noyabr 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.