Prezident ona yüksək vəzifə verdi - FOTO+ DOSYE
23 Sentyabr 2026, 17:24
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
45
23.09.2026, 17:25
Gürcüstan Baş naziri İrakli Kobaxidzenin Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən “Çoxtərəfli Tərəfdaşlıq Sammiti”ndəki çıxışı Cənubi Qafqazda sülh prosesinə verilən mühüm siyasi dəstək kimi diqqət çəkib. Baş nazir Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişi alqışladıqlarını və bu istiqamətdə öz töhfələrini verməyə hazır olduqlarını bildirib. Bu siyasi dəstək Tbilisinin Cənubi Qafqazda yeni regional əməkdaşlıq modelində oynamaq istədiyi konstruktiv rolu açıq şəkildə nümayiş etdirir.
Sülh prosesinin irəliləməsi Gürcüstanın regional mövqeyinə, həmçinin Azərbaycanla Ermənistan arasındakı nəqliyyat-logistika əlaqələrinin gələcək inkişafına birbaşa müsbət təsir göstərir. Məlum olduğu kimi, Gürcüstan həm Azərbaycanın, həm də Ermənistanın strateji tərəfdaşı olaraq hər zaman regionda sabitliyin təmin olunmasında maraqlıdır. Xüsusilə enerji və logistika layihələrinin şaxələnməsində həm Zəngəzur dəhlizi, həm də Gürcüstan marşrutu paralel şəkildə mühüm rol oynayacaqdır.
Məsələ ilə bağlı Oxu24.com-a danışan politoloq Elşad Həsənov bildirib ki, Gürcüstan Baş nazirinin Nyu-Yorkdakı çıxışında Cənubi Qafqazda sülh prosesinin əldə olunmasına töhfə verdiklərini qeyd etməsi tamamilə məntiqli və qanunauyğundur, çünki bu ölkə həm Azərbaycanın, həm də Ermənistanın strateji tərəfdaşıdır.
Elşad Həsənov qeyd edib ki, Azərbaycan ilə Gürcüstan münasibətləri qədimdən həmişə yüksək səviyyədə olub və Azərbaycan hər zaman qonşu ölkənin çətin problemlərində onun yanında yer alıb. O xatırladıb ki, Azərbaycanın enerji resursları məhz Gürcüstan üzərindən Türkiyəyə, ordan isə Avropaya daşınır:
“Qaz kəmərinin çəkilişi zamanı Ulu Öndər Heydər Əliyev Gürcüstana xüsusi dəyər vermişdi və bu gün də həmin daşımalardan Gürcüstan çox böyük xeyir götürür. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana səfəri zamanı Ermənistanla danışıqların məhz qardaş Gürcüstanda keçirilməsi təklifini irəli sürmüşdü”.
Politoloqun sözlərinə görə, avqustun 8-də Vaşinqtonda imzalanan sülh müqaviləsi və qəbul edilən bəyannamədən sonra münasibətlərdə normallaşma əldə olunub, həmçinin Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər görülür. Həmin vaxt Gürcüstanın bəzi siyasi dairələrində daşımaların azalacağı ilə bağlı narahatlıqlar yaranmışdı, lakin Azərbaycan Prezidenti onlara bildirmişdir ki, əksinə, daşımalar həm Zəngəzur dəhlizi, həm də Gürcüstan dəhlizi üzərindən daha da artacaqdır.
Politoloq vurğulayıb ki, hələlik üçtərəfli format (Azərbaycan, Gürcüstan, Ermənistan) tam gücü ilə işləmir, çünki münasibətlər tam normallaşmayıb və hələlik sülh müqaviləsi bağlanmayıb:
“Ermənistan konstitusiyasında dəyişiklik etməli və Türkiyəyə qarşı torpaq iddialarından əl çəkməlidir, bundan sonra həmin üçtərəfli format işləyəcək”.
O qeyd edib ki, Cənubi Qafqaz ölkələri, İran, Türkiyə və Rusiyanı əhatə edən "6-lıq formatı"nda isə Gürcüstan iştirak etməyib, çünki ölkə torpaqlarını işğal edən Rusiya ilə bir formatda çalışmaq istəmədiyini bəyan edib.
Sonda politoloq əlavə edib ki, Gürcüstanın regional mövqeyi normaldır, lakin buranın lider ölkəsi Azərbaycandır və bütün məsələlərin həllində Azərbaycan öz liderliyini qoruyub saxlayır. Zəngəzur dəhlizi açıldıqdan sonra da Gürcüstan üzərindən daşımalar artacaq, regional münasibətlər, eləcə də nəqliyyat-logistika əlaqələri daha da inkişaf edəcək və bu, xoşqonşuluq münasibətlərinə əlavə töhfə olacaqdır.
Çimnaz Telmanqızı
17:24 / 23 Sentyabr 2026
1
17:16 / 23 Sentyabr 2026
22
17:13 / 23 Sentyabr 2026
84
17:05 / 23 Sentyabr 2026
27
16:59 / 23 Sentyabr 2026
161
16:53 / 23 Sentyabr 2026
35
16:47 / 23 Sentyabr 2026
42
16:43 / 23 Sentyabr 2026
52
16:34 / 23 Sentyabr 2026
356
16:25 / 23 Sentyabr 2026
54
16:15 / 23 Sentyabr 2026
50
15:55 / 23 Sentyabr 2026
39
15:50 / 23 Sentyabr 2026
51
15:35 / 23 Sentyabr 2026
53
15:25 / 23 Sentyabr 2026
162
15:25 / 23 Sentyabr 2026
62
15:23 / 23 Sentyabr 2026
72
15:10 / 23 Sentyabr 2026
79
15:05 / 23 Sentyabr 2026
64
15:03 / 23 Sentyabr 2026
74
14:43 / 23 Sentyabr 2026
63
14:38 / 23 Sentyabr 2026
82
14:35 / 23 Sentyabr 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.