Dövlət başçısı Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb
10 Noyabr 2026, 12:04
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1312
21.09.2026, 12:07
Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır.
Cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir.
Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində 2025-ci ilin oktyabr ayında cinayət işi açılıb. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə ittiham edilir.
Maraqlıdır, Ramiz Mehdiyevi mühakimə edəcək hakim kimdir?
Oxu24.com xəbər verir ki,Modern.az saytı bunu araşdırmağa çalışıb.
Məlum olub ki, Prezident Administrasiyasının sabiq rəhbərini sorğu-sual edəcək hakim Murad Aslanov ilk dəfə 2019-cu ildə hakimliyə namizədlərin müsabiqəsində iştirak edib. Məhkəmə-Hüquq Şurasının 2019-cu ilə aid məlumatında Murad Aslanov hakimliyə namizədlərin şifahi imtahanına buraxılan hüquqşünasların siyahısında olub.
M. Aslanovun adı 2021-ci ildə keçirilən seçim prosesində 60 və daha çox bal toplayaraq tədris kurslarına buraxılan 41 namizədin siyahısında da yer alıb.
11 may 2022-ci il tarixli rəsmi məlumatda onun test, yazılı və şifahi imtahanlardan keçdiyi, yarımillik tədris kursunu və məhkəmələrdə stajkeçməni başa vurduğu görünür. O, yekun müsahibəyə buraxılan 39 hüquqşünasdan biri olub.
1 iyul 2022-ci il tarixində ölkə Prezidentinin sərəncamı ilə Murad Aslanov Lənkəran Rayon Məhkəməsinin hakimi təyin olunub. O, 2022–2025-ci illərdə Lənkəran Rayon Məhkəməsində hakim kimi fəaliyyət göstərib.
Prezident İlham Əliyevin 25 dekabr 2025-ci il tarixli sərəncamı ilə Murad Şamxal oğlu Aslanov Lənkəran Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin olunub. O, artıq 1 ilə yaxındır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi kimi fəaliyyət göstərir.
12:18 / 10 Noyabr 2026
29
12:04 / 10 Noyabr 2026
72
12:00 / 10 Noyabr 2026
176
11:45 / 10 Noyabr 2026
974
11:42 / 10 Noyabr 2026
80
11:39 / 10 Noyabr 2026
85
11:28 / 10 Noyabr 2026
96
11:16 / 10 Noyabr 2026
150
11:04 / 10 Noyabr 2026
94
10:45 / 10 Noyabr 2026
108
10:39 / 10 Noyabr 2026
757
10:32 / 10 Noyabr 2026
101
10:28 / 10 Noyabr 2026
152
10:21 / 10 Noyabr 2026
195
10:17 / 10 Noyabr 2026
122
10:15 / 10 Noyabr 2026
155
10:10 / 10 Noyabr 2026
141
09:50 / 10 Noyabr 2026
1005
09:46 / 10 Noyabr 2026
123
09:35 / 10 Noyabr 2026
145
09:26 / 10 Noyabr 2026
207
09:19 / 10 Noyabr 2026
139
08:56 / 10 Noyabr 2026
267
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.