Trampın Əliyevi ABŞ-yə dəvəti Azərbaycana nə verəcək? — SİYASİ ŞƏRH
02 Noyabr 2026, 22:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
553
14.09.2026, 21:11
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu 2026-cı il sentyabrın 11-12-də diplomatik korpusun Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfəri ilə bağlı Ermənistan mediasının nümayiş etdirdiyi qərəzli münasibət və ictimai müzakirələrdəki qəbuledilməz ton ilə bağlı dərin məyusluğunu bildirir”.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin diplomatik korpusun Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfəri ilə bağlı Ermənistan mediasının nümayiş etdirdiyi qərəzli münasibətlə bağlı yaydığı bəyanatda deyilir.
“Əvvəla, diplomatik korpusun Azərbaycan Respublikasının suveren ərazisinə səfəri özlüyündə mübahisə mövzusu ola bilməz. Xüsusilə bu səfərdə iştirak etdiklərinə görə səfirlərə və dövlətlərə yönəlmiş hücum xarakterli bəyanatlar narahatlıq doğurur, Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması öhdəliyi ilə ziddiyyət təşkil edir.
Azərbaycan və Ermənistan hazırda münaqişədən sonrakı mərhələdədir, hər iki ölkə onilliklər boyu davam edən qarşıdurmanın fəsadlarını aradan qaldırmaq kimi məsuliyyətli bir missiya ilə üz-üzədir. Sülh təşəbbüslərinin bir hissəsi kimi biz - vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycan və Ermənistan hökumətlərinin dəstəyi ilə sülh prosesini dəstəkləmək, dialoqu təşviq etmək və etimad quruculuğu tədbirlərinə töhfə vermək üçün addımlar atırıq.
Azərbaycan Respublikasının ərazisindəki mədəni irs Azərbaycan xalqına məxsusdur və dövlət tərəfindən qorunur.
Ədaləti təmin etmək üçün mədəni irs qarşılıqlılıq və açıq dialoq prinsipləri əsasında müzakirə olunmalıdır. Bu məqsədlərə nail olmaq üçün vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin ayrılmaz tərkib hissəsi olan məsələlərin peşəkar müstəvidə müzakirəsi məqsədilə platforma təsis ediblər.
Sülh prosesinin revanşist qüvvələrin təzyiqinə məruz qalmasına yol verilməməlidir. Çünki bu, sülhə doğru irəliləyişi ciddi şəkildə təhlükə altına sala bilər. Biz Ermənistan cəmiyyətini bu məqsədlə təmkinli mövqe nümayiş etdirməyə, Ermənistanda və onun hüdudlarından kənarda müəyyən şəxslərin bədniyyətli gündəliyinə rəvac verməməyə dəvət edirik”, - bəyanatda deyilir.
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.