10 gün ərzində qeydiyyata düşməyənləri CƏRİMƏ GÖZLƏYİR – Hüquqşünas açıqladı
04 Oktyabr 2026, 16:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1158
14.09.2026, 17:40
Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin açılması və regional inteqrasiya prosesləri fonunda diqqət mərkəzində olan TRİPP layihəsinin praktiki icrasının ləngiməsi bir sıra obyektiv səbəblərlə bağlıdır. Hüquqi çərçivənin formalaşdırılması istiqamətində işlərin davam etməsinə baxmayaraq, layihənin real mərhələyə keçməməsi tərəflərin toqquşan maraqları və regional güc balansı ilə izah olunur. Xüsusilə Ermənistan daxilindəki infrastruktur idarəçiliyi və qlobal güclərin dəyişən prioritetləri prosesə birbaşa təsir göstərir. Bu mürəkkəb geosiyasi mənzərənin arxasında duran əsas amilləri və layihənin gələcək perspektivlərini anlamaq üçün mövzunu mütəxəssis yanaşması ilə təhlil etmək vacibdir.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Rəşad Bayramov layihənin gecikmə səbəblərini ətraflı şəkildə dəyərləndirib.
Politoloq bildirib ki, TRİPP-in icrasının ləngiməsini yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada həm hüquqi, həm texniki, həm də geosiyasi faktorlar üst-üstə düşür. Xüsusilə də bu layihənin regional güc balansının bir elementinə çevrilməsi vəziyyəti xeyli mürəkkəbləşdirir. 2026-cı ilin əvvəlindən layihənin hüquqi çərçivəsi üzrə işlərin davam etməsinə baxmayaraq praktiki mərhələyə keçidin olmaması da məhz bu mürəkkəbliyin nəticəsidir.
Onun sözlərinə görə, Ermənistan–Rusiya dəmir yollarına nəzarət məsələsi burada xüsusi əhəmiyyət daşıyır:
“Ermənistanın dəmir yolu infrastrukturu uzun müddət Rusiya ilə əlaqəli idarəetmə modelində olub və indi İrəvanın daha çox Qərbə inteqrasiya siyasəti fonunda bu məsələ təkcə texniki idarəçilik problemi deyil, həm də suverenlik və geosiyasi təsir məsələsinə çevrilib. Ermənistanın öz dəmir yolu sisteminə nəzarəti necə təşkil edəcəyi TRİPP-in hansı hüquqi və institusional mexanizmlə işləyəcəyinə birbaşa təsir edə bilər.
Burada daha dərin məsələ isə Rusiyanın sadəcə dəmir yolunun operatoru olması deyil. TRİPP reallaşarsa, Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçən yeni bağlantı yaranacaq və bu, Cənubi Qafqazın nəqliyyat xəritəsini dəyişəcək”.
Rəşad Bayramov qeyd edib ki, eyni zamanda ABŞ-nin layihədə iştirak etməsi Vaşinqtonun regiondakı iqtisadi və strateji rolunu artıracaq. Buna görə Moskvanın məsələyə yalnız kommersiya layihəsi kimi baxmaması təbiidir:
“ABŞ-nin diqqətinin Yaxın Şərqə yönəlməsi isə daha çox layihənin siyasi prioritetləndirilməsi və icra resursları baxımından təsir göstərə bilər. Vaşinqton üçün TRİPP strateji baxımdan əhəmiyyətini itirmir və itirməyəcək də, lakin İranla bağlı təhlükəsizlik məsələləri və Yaxın Şərqdəki hərbi-siyasi proseslər ABŞ administrasiyasının gündəliyində daha təcili xarakter daşıyır”.
Politoloq əlavə edib ki, bununla belə, TRİPP-in gecikməsini təkcə ABŞ-nin məşğul olması ilə əlaqələndirmək də düzgün olmaz. Əsas məsələ layihənin çoxsaylı maraqların kəsişdiyi mürəkkəb geosiyasi platforma olmasıdır. Ermənistan öz suverenliyini qorumaq istəyir, Rusiya mövcud təsir imkanlarını itirmək istəmir, ABŞ regionda yeni strateji mövqe qazanmağa çalışır, Azərbaycan isə Naxçıvanla dayanıqlı və maneəsiz bağlantının yaradılmasında maraqlıdır:
“Ona görə TRİPP-in reallaşması üçün əsas məsələ artıq siyasi razılığın əldə olunmasından daha çox həmin razılığın texniki, hüquqi və institusional mexanizmlərə çevrilməsidir. Bu proses nə qədər çox tərəfin maraqlarını uzlaşdırsa, layihənin praktiki mərhələyə keçməsi də bir o qədər real olacaq”.
Çimnaz Telmanqızı
20:06 / 04 Oktyabr 2026
15
19:55 / 04 Oktyabr 2026
39
19:44 / 04 Oktyabr 2026
74
19:23 / 04 Oktyabr 2026
50
19:16 / 04 Oktyabr 2026
79
19:09 / 04 Oktyabr 2026
70
18:44 / 04 Oktyabr 2026
70
18:34 / 04 Oktyabr 2026
56
17:50 / 04 Oktyabr 2026
80
17:45 / 04 Oktyabr 2026
75
17:35 / 04 Oktyabr 2026
82
17:30 / 04 Oktyabr 2026
531
17:23 / 04 Oktyabr 2026
364
17:20 / 04 Oktyabr 2026
55
16:58 / 04 Oktyabr 2026
2554
16:56 / 04 Oktyabr 2026
324
16:55 / 04 Oktyabr 2026
228
16:53 / 04 Oktyabr 2026
253
16:51 / 04 Oktyabr 2026
93
16:49 / 04 Oktyabr 2026
81
14:30 / 04 Oktyabr 2026
110
14:04 / 04 Oktyabr 2026
147
14:00 / 04 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.