Avropanın təhlükəsizliyinin gələcəyi və ABŞ amili
14 Noyabr 2026, 11:39
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
477
11.09.2026, 20:59
Azərbaycan-Meksika münasibətləri dostluq, tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Meksikanın Azərbaycandakı Səfirliyinin Şuşada bu ölkənin Müstəqillik Günü münasibətilə təşkil etdiyi qəbulda deyib.
H.Hacıyev bildirib ki, hazırda Azərbaycan ilə Meksika arasında dostluq, tərəfdaşlıq, qarşılıqlı anlaşma və hörmətə əsaslanan münasibətlər mövcuddur.
Onun sözlərinə görə, bu əlaqələrin mühüm tarixi təməli 1978-ci ildə Meksika prezidentinin Bakıya səfəri və 1982-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin SSRİ rəhbərliyində olduğu dövrdə Meksikaya səfəri ilə qoyulub.
H.Hacıyev qeyd edib ki, həmin tarixi təmaslar sonrakı dövrdə Azərbaycan-Meksika dostluğunun inkişafında mühüm rol oynayıb.
O vurğulayıb ki, məhz bu tarixi irsdən çıxış edərək, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra Meksika onun müstəqilliyini ilk tanıyan ölkələr sırasında yer alıb. Hazırda isə həm Bakıda, həm də Mexikoda iki ölkənin səfirlikləri tam gücü ilə fəaliyyət göstərir və qarşılıqlı dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində mühüm iş aparırlar:
"Azərbaycan ilə Meksika arasında bu gün çox yaxın və sıx siyasi əlaqələr, eləcə də davamlı siyasi dialoq mövcuddur. Ölkələr arasında mütəmadi olaraq siyasi məsləhətləşmələr keçirilir və qarşılıqlı fikir mübadiləsi aparılır. Beynəlxalq münasibətlərin gündəliyində duran fundamental məsələlərin əksəriyyəti ilə bağlı Azərbaycan və Meksikanın mövqeləri üst-üstə düşür".
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan ilə Meksika dostluq və tərəfdaşlıq prinsiplərinə, beynəlxalq hüququn norma və prinsiplərinə, qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası münasibətlərin inkişafını, həmçinin beynəlxalq münasibətlərdə haqqın və ədalətin təmin olunmasını dəstəkləyirlər.
O, Azərbaycan ərazilərinin işğal altında olduğu dövrdə Meksikanın nümayiş etdirdiyi davamlı və qətiyyətli mövqeyi xüsusi qeyd edərək bildirib ki, Meksikanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi rəsmi Bakı tərəfindən yüksək qiymətləndirilib və Azərbaycan xalqı bu mövqeyi daim dəyərləndirib.
H.Hacıyev vurğulayıb ki, məhz qarşılıqlı hörmət, beynəlxalq hüquqa sadiqlik, ərazi bütövlüyü və suverenliyə dəstək kimi prinsiplər Azərbaycan ilə Meksika arasında dostluq münasibətlərinin möhkəm təməlini təşkil edir.
14:44 / 14 Noyabr 2026
24
14:31 / 14 Noyabr 2026
49
14:24 / 14 Noyabr 2026
90
14:19 / 14 Noyabr 2026
71
14:15 / 14 Noyabr 2026
69
14:09 / 14 Noyabr 2026
163
13:50 / 14 Noyabr 2026
1243
13:48 / 14 Noyabr 2026
102
13:16 / 14 Noyabr 2026
99
13:03 / 14 Noyabr 2026
97
12:49 / 14 Noyabr 2026
120
12:25 / 14 Noyabr 2026
111
12:09 / 14 Noyabr 2026
124
11:58 / 14 Noyabr 2026
121
11:50 / 14 Noyabr 2026
105
11:39 / 14 Noyabr 2026
103
11:32 / 14 Noyabr 2026
112
11:19 / 14 Noyabr 2026
126
11:09 / 14 Noyabr 2026
118
11:00 / 14 Noyabr 2026
138
10:58 / 14 Noyabr 2026
123
10:46 / 14 Noyabr 2026
138
10:36 / 14 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.