Avropanın təhlükəsizliyinin gələcəyi və ABŞ amili
14 Noyabr 2026, 11:39
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
310
11.09.2026, 14:06
Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq təkcə iki ölkə üçün deyil, daha geniş region və Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
Oxu24.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunun yekunlarına dair çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar forumda iştirak etmək üçün Türkiyənin enerji sektorunu geniş şəkildə təmsil edən böyük nümayəndə heyəti ilə Bakıya səfər edib.
Pərviz Şahbazov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi nəticəsində iki ölkə arasında münasibətlər son illərdə daha da güclənib, Şuşa Bəyannaməsinin imzalanması ilə bu münasibətlər strateji müttəfiqlik xarakteri alıb.
Onun sözlərinə görə, Şuşa Bəyannaməsində də enerji əməkdaşlığı Azərbaycan-Türkiyə münasibətlərinin mühüm istiqamətlərindən biri kimi müəyyən edilib və bu sahədə əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
Nazir vurğulayıb ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və STAR kimi iri enerji layihələri yalnız Azərbaycan və Türkiyənin maraqlarına deyil, daha geniş regionun, eləcə də qlobal enerji bazarının iştirakçılarının maraqlarına xidmət edir.
“Azərbaycan və Türkiyənin enerji əməkdaşlığı, xüsusilə Türkiyə üzərindən həyata keçirilən enerji tədarükləri Avropa İttifaqının enerji təhlükəsizliyinə böyük töhfə verir”, – Pərviz Şahbazov bildirib.
O qeyd edib ki, Azərbaycanın enerji resursları Türkiyə üzərindən dünya bazarlarına çıxarılır və bu, həm neft, həm də təbii qaz tədarüklərinə aiddir.
Pərviz Şahbazovun sözlərinə görə, son illərdə Azərbaycan artıq 16 ölkəyə təbii qaz tədarükü həyata keçirib. Nazir əlavə edib ki, bu göstəricilər Azərbaycan-Türkiyə enerji əməkdaşlığının miqyasının genişləndiyini və iki ölkənin regional və qlobal enerji təhlükəsizliyində rolunun artdığını göstərir.
12:09 / 14 Noyabr 2026
65
11:58 / 14 Noyabr 2026
80
11:50 / 14 Noyabr 2026
65
11:39 / 14 Noyabr 2026
69
11:32 / 14 Noyabr 2026
78
11:19 / 14 Noyabr 2026
84
11:09 / 14 Noyabr 2026
85
11:00 / 14 Noyabr 2026
100
10:58 / 14 Noyabr 2026
92
10:46 / 14 Noyabr 2026
99
10:36 / 14 Noyabr 2026
93
10:17 / 14 Noyabr 2026
85
09:59 / 14 Noyabr 2026
104
09:46 / 14 Noyabr 2026
112
09:30 / 14 Noyabr 2026
104
09:29 / 14 Noyabr 2026
129
09:23 / 14 Noyabr 2026
127
08:09 / 14 Noyabr 2026
1640
01:15 / 14 Noyabr 2026
177
00:40 / 14 Noyabr 2026
349
00:02 / 14 Noyabr 2026
1302
23:58 / 13 Noyabr 2026
201
23:49 / 13 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.