Limit qoyulacaq -SAHİL BABAYEV AÇIQLADI
13 Noyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1164
04.09.2026, 12:55
Moskvadan gələn siqnal və Bakının ŞƏRTİ: Üçtərəfli format bərpa oluna bilər? — Politoloq AÇIQLADI
Rusiya, Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinlərindən (Şahin Mustafayev, Aleksey Overçuk və Mger Qriqoryan) ibarət üçtərəfli işçi qrupunun fəaliyyəti bir müddətdir faktiki olaraq dondurulub. Lakin Rusiya Prezidentinin Bişkek səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında nəqliyyat-kommunikasiya xətlərinin bərpası üzrə müzakirələrə hazır olduqlarını bəyan etməsi bu formatın yenidən işə düşməsi ehtimalını gündəmə gətirib. Moskvadan gələn bu siqnal regional kommunikasiyaların açılması prosesində üçtərəfli işçi qrupunun rolunu yenidən diqqət mərkəzinə çəkib. Azərbaycan tərəfi hər zaman regionda davamlı sülhün və nəqliyyat dəhlizlərinin işə düşməsinin tərəfdarı kimi çıxış edib. Hazırda əsas sual bu platformanın bərpası təqdirdə hansı konkret nəticələrin əldə olunacağı və prosesin qarşısındakı maneələrin necə aradan qaldırılacağıdır. Məsələnin praktiki tərəfləri və Bakının mövqeyi ekspertlər səviyyəsində geniş təhlil olunur.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, Azərbaycan prinisplər qorunmaqla bu cür formatlarda fəaliyyətin davam etdirilməsinə qarşı deyil:
"Ümumilikdə Azərbaycan heç bir formata pis baxmır. Sülhün həlli istiqamətində atılan bütün addımlara ölkəmiz tərəfindən müsbət yanaşılır və lazımi diqqət göstərilir. Bu formatda işlərin yenidən bərpa olunması mümkündür. Əgər real nəticələr əldə olunacaqsa, nəyə görə də olmasın?”
Bu cür görüşlərin kiminsə maraqları çərçivəsində aparılması və imitasiya xarakteri daşımasının Azərbaycan tərəfindən qəbul edilməz olduğunu vurğulayan politoloqun sözlərinə görə, Azərbaycan ədalətli sülhün tərəfdarıdır və regionda baş verən yeni geostrateji reallıqlar, aparılan müzakirələr və əldə olunacaq sülh müqaviləsində nəzərə alınmalıdır.
Zeynal Əmrəliyev qeyd edib ki, əgər üçtərəfli baş nazir müavinləri platformasında uğurlu irəliləyiş gözlənilərsə, rəsmi Bakının mövqeyi əlbəttə ki, müsbət olacaq:
“Bu formatda əsasən nəqliyyat-kommunikasiya xətləri müzakirə oluna bilər. Artıq Zəngəzur dəhlizinin açılması istiqamətində real addımlar atılır və Azərbaycan tərəfi burada ən qətiyyətli tərəfdir. Son zamanlar ABŞ və Ermənistan nümayəndələri arasında da bu məsələ ilə bağlı danışıqlar aparılır. Texniki məsələlər həll edildikdən sonra yolun açılması istiqamətində praktiki addımlar atılacaq. Növbəti mərhələlərdə nəqliyyat qovşaqlarının açılması artıq texniki məsələlərdir".
Çimnaz Telmanqızı
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.