"Tiktok" da Sevda-Vasif cütlüyü insanları necə tələyə salır? — "Ada fabrik" adı altında DƏLƏDUZLUQ
18 Avqust 2025, 14:21
Qaynar xətt:
(+99450) 247 90 86ŞİKAYƏTLƏR
2804
26.10.2022, 15:32
Sumqayıt Dövlət Universitetinin 3-cü kurs tələbəsi Əliyev Müşfiq Mikayıl oğlu təhsilhaqqını ödəyə bilmədiyi üçün heç bir dərsə, imtahana buraxılmadığını deyir.
Bu şikayətlə “Qafqazinfo”ya müraciət edən tələbə bildirib ki, Fizika Elektroenergetika fakültəsində İstilik Energetik Qurğular ixtisasi üzrə təhsil alır. Onun sözlərinə görə, illik təhsilhaqqı 1200 manadır: “Özüm şəhid övladıyam. Atam Əliyev Mikayıl Atababa oğlu 1992-ci il fevralın 26-da şəhid olub. 31 yaşım var, hərbçiyəm. Ailəliyəm, bir övladım var. Çox çətinliklə ailəmi dolandırıram. Təhsilhaqqımı ödəyə bilməməyimə səbəb isə banklara xeyli borcumun olmasıdır. Sadəcə birinci kursumun ödənişini etmişəm, daha sonra edə bilmədim. Övladım hidrosefaliyyadan əziyyət çəkir. Qızım həm də eşitmə əngəllidir. Nə eşidə bilir, nə də danışa. Qazancımı onun müalicəsinə sərf etdiyim üçün təhsilhaqqımı ödəyə bilməmişəm”.
Müşfiq Əliyevin sözlərinə görə, 2020-ci ildə dərslərdə və imtahanlarda iştirak edə bilməyib: “Vətən müharibəsi başladı və mən həmin vaxt ön cəbhədə olmasam da, xidmətdə idim. Dərslərdə axrıncı dəfə aprel ayında iştirak etmişəm. Ödənişi etmədiyim üçün imtahana buraxılmadım və dedilər ki, dərslərə də buraxılmayacağam”.
Tələbə əlavə edib ki, şəhid övladı kimi dövlət tərəfindən ona ev də verilməyib: “Baxmayaraq ki, atamın ölümündən 30 il keçib və bununla bağlı lazım olan sənədlərlə dəfələrlə Sosial Xidmətlər Agentliyinə müraciətlər etmişəm”.
Həmçinin oxuyun
Müşfiq Əliyevin dərslərə və imtahanlara buraxılmaması ilə bağlı Sumqayıt Dövlət Universitetinə müraciət etdik. Universitetdən sorğumuza verilən açıqlamada deyildi ki, tələbə ilə görüşərək ona məsələ ilə əlaqədar ətraflı məlumat verilib.
Tələbə M.Əliyev də saytımıza təsdiqlədi ki, bizə müraciətindən sonra universitetə dəvət olunub. Ona bildirilib ki, problemi ilə bağlı kömək etməyə çalışacaqlar, vəziyyətlə bağlı rektora da məlumat veriləcək: “Lakin hələ də heç bir tədbir görülməyib”.
Şəhid övladına ev verilməsi məsələsinə gəlincə, bununla əlaqədar Sosial Xidmətlər Agentliyinə üz tutduq. Qurumun səlahiyyətli şəxsi Müşfiq Əliyevin əlaqə nömrəsini alaraq onunla danışılacağını bildirdi. M.Əliyevin saytımıza bildirdiyinə görə, artıq onunla əlaqə saxlanılıb və hazırda agentliyin balansında ikiotaqlı mənzilin olmadığı, yalnız olduğu halda problemə baxıla biləcəyi qeyd edilib.
16:44 / 18 Avqust 2025
Əhalinin nəzərinə! - Təşvişə düşməyin
28
16:41 / 18 Avqust 2025
Tramp genişmiqyaslı islahatları elan edir
24
16:25 / 18 Avqust 2025
Putin Tacikistan prezidenti ilə danışdı
24
16:21 / 18 Avqust 2025
Macarıstan Xarici İşlər Nazirliyi Kiyevə cavab verib
28
16:16 / 18 Avqust 2025
Putinlə görüşdən sonra Trampın reytinqi yüksəlib
25
16:12 / 18 Avqust 2025
Amerika ordusu Ukraynaya girə bilər
30
16:06 / 18 Avqust 2025
İlham Əliyev İsrailin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib
30
15:55 / 18 Avqust 2025
Kəmaləddin Heydərovdan YENİ TƏYİNAT
652
15:42 / 18 Avqust 2025
Salyanda ağır qəza: Ölən var
29
15:41 / 18 Avqust 2025
Həbsdə olan müğənni Dəniz Əsədovanın cəzası artırılıb
47
14:51 / 18 Avqust 2025
Brilliant Dadaşovadan Rəqsanənin həbsinə REAKSİYA — FOTO
1946
14:21 / 18 Avqust 2025
"Tiktok" da Sevda-Vasif cütlüyü insanları necə tələyə salır? — "Ada fabrik" adı altında DƏLƏDUZLUQ
267
14:14 / 18 Avqust 2025
Pezeşkian ABŞ-a səfər edəcək
50
14:08 / 18 Avqust 2025
Rubio: ABŞ Putinin hekayələri ilə maraqlanmır
53
13:54 / 18 Avqust 2025
Anasının həbsindən sonra Aysunun bu görüntüləri yayıldı - VİDEO
1133
13:46 / 18 Avqust 2025
İctimai yerdə dini ayin keçirənlər həbs edildi - Foto
48
13:45 / 18 Avqust 2025
"Rahat market"də müştərinin aldadılması halı aşkarlanıb
49
13:19 / 18 Avqust 2025
Finlandiya Ukrayna üçün təhlükəsizlik zəmanətlərini nəzərdən keçirəcək
42
12:56 / 18 Avqust 2025
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
336
12:45 / 18 Avqust 2025
Qazaxıstan ordusu tamamilə daxili messencerə keçəcək
48
12:42 / 18 Avqust 2025
Almaniyanın xarici işlər naziri Rusiyaya təzyiqləri artırmağa çağırıb
48
12:37 / 18 Avqust 2025
Putinin bitməyən işğal hirsi
249
12:32 / 18 Avqust 2025
Rusiyadan azərbaycanlılara qarşı YENİ QADAĞA: Sentyabrdan qüvvəyə minəcək
886
12:23 / 18 Avqust 2025
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb
287
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.