Baş redaktor "Unibank"ı soyğunçu ADLANDIRDI — FOTO
03 Sentyabr 2025, 13:10
Qaynar xətt:
(+99450) 247 90 86ŞİKAYƏTLƏR
2807
21.07.2022, 21:57
Rüstəmov Əyyub Teyyub oğlu Vətən Müharibəsinin iştirakçısıdır. Atası Teyyub Rüstəmov Birinci Qarabağ Müharibəsi şəhididir. Əyyub hərbçidir, Vətən Müharibəsinə də ağır artilleriya mütəxəssisi kimi qatılıb.
Müharibənin qızğın günlərindən birində diviziyanın mərmisi bitir, Əyyub 52 yeşik mərminin ardınca başqa istiqamətə göndərilir: “Hava qaralmışdı, mən qayıdanda. Tək idim, Cəbrayıl istiqamətindən keçəndə avtomobilim minomyot zərbələrinə tuş gəldi. İki mərmidən maşını sağa-sola çəkə-çəkə yan keçə bildim. 3-cü mərmidən yayına bilmədim, 52 yeşik mərmi də dağıldı, maşın da aşdı. Tələsirdim ki, uşaqlar mərmisiz qalmasın. Uzun müddət huşsuz vəziyyətdə qalmışam, təsadüfən təcili yardım o istiqamətdən keçərkən görüb ki, “MAZ” aşıb və içində bir nəfər də yaralı var. Bundan sonra təhlükəsiz əraziyə gətirilmişəm və Beyləqan xəstəxanasına yerləşdirilmişəm”.
Əyyub bu hadisədən sonra düz bir həftə hərbi hospitalda müalicə alır və həkimlər onun vəziyyətinin kafi olduğunu bildirirlər: “Dizim əzilmişdi, alnımı qəlpə sıyırmışdı. Maşının alın şüşəsi gicgahıma girmişdi, sağ əlim sınmışdı. Dizimdə ət sümükdən ayrılmışdı. Qolum boynumdan asılı idi. Hərbi hospitalda bildirdilər ki, kim yenidən qayıtmaq istəyir, komandirlər bizə dəyməyə gəlmişdi. Mən yenidən qayıtmaq istədiyimi dedim, amma həkim yenidən qayıtmağıma icazə vermədi. Nə sürücü, nə də döyüşçü kimi”.
Müharibədən sonra o, Hərbi Hospitala gələrək komissiyadan keçir. Belə qənaətə gəlinir ki, aldığı kəllə-beyin travması ilə bağlı Maştağa Ruhi Əsəb Dispanserində müalicə almalıdır. Əyyub stasionar formada 3 həftəlik müalicə kursu alır.
Bundan sonra o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edir, sənədlərini təqdim edib əllik təyinatı ilə bağlı cavab gözləyir. Bundan başqa, Zərifə Əliyeva adına göz xəstəlikləri İnstitutunda da həkim komissiyasından keçir.
Bir müddətdən sonra əlillik təyinatı ilə bağlı ona cavab gəlir. Tibbi-sosial ekspertiza komissiyasının Əyyub Rüstəmova rədd cavab verdiyi məlum olur.
APA TV-yə şikayətindən sonra Qarabağ qazisinə niyə rədd cavabı verildiyini daha dəqiq öyrənib, ona kömək etmək məqsədilə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik.
Həmçinin oxuyun
Cavab olaraq bildirildi ki, Vətən Müharibəsi iştirakçısı, Rüstəmov Əyyub Teyyub oğlu əlilliyinin qiymətləndirilməsi məqsədilə 14.06.2022-ci il tarixində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə olunub.
Əyyub Rüstəmovun sağlamlıq vəziyyətinin müayinəsi zamanı travmasının ağırlaşmasının dəqiqləşdirilməsinə ehtiyac yarandığından, stasionar şəraitdə əlavə müayinə və müalicənin aparılması üçün müvafiq prosedurların həyata keçirilməsi ilə bağlı qərar qəbul edilib və bu barədə vətəndaşa məlumat verilib.
Vətəndaşa əlilliyin təyin olunub, olunmaması növbəti reabilitasiya prosesindən sonra məlum olacaq.
Əyyub Rüstəmov “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “ Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Qazi Əyyub Rüstəmov Bakıda kirayə yaşayır. Kirayə pulunu ödəyə bilmədiyi üçün hazırda oradan çıxarılıb. Ailəlidir, 3 yaşında bir övladı var. O, yalnız Vətən Müharibəsi veteranı üçün nəzərdə tutula 80 manat təqaüdlə dolanır.
19:30 / 06 Sentyabr 2025
Makronun açıqlaması Kreml tərəfindən sərt qarşılandı
1
19:00 / 06 Sentyabr 2025
Pakistandan Hindistana XƏBƏRDARLIQ: hesab 60-0 olacaq
6
18:50 / 06 Sentyabr 2025
ABŞ Avropanın Rusiyaya qarşı hərəkətlərindən narahat olduğunu bildirib
24
18:37 / 06 Sentyabr 2025
İtaliya finala çıxdı
87
17:49 / 06 Sentyabr 2025
Putinlə bağlı həmin videonu SİLDİRİLİR
404
17:43 / 06 Sentyabr 2025
Xorvatiya və Sloveniya hərbi ittifaqa girdilər
30
17:41 / 06 Sentyabr 2025
Feysbuk uzun müddət sonra bu funksiyanı geri gətirir
33
17:17 / 06 Sentyabr 2025
Bakıdakı dəhşətli qəzada ölənlərin kimliyi bilindi
1605
15:29 / 06 Sentyabr 2025
51 yaşlı kişi qızdırmadan şoka düşüb ÖLDÜ
124
15:17 / 06 Sentyabr 2025
Zidan “Fənərbaxça”ya gəlir?
59
15:05 / 06 Sentyabr 2025
İsrail Qəzza zolağında yaşayış məntəqələrinə yeni zərbələr endirib
53
14:38 / 06 Sentyabr 2025
Futbolçu olmaq istəyirdi,şəhid oldu — Doğum günü olan QƏHRƏMAN
335
14:37 / 06 Sentyabr 2025
ANAMA əməkdaşının öldüyü hadisə ilə bağlı - Hökm oxundu
72
14:28 / 06 Sentyabr 2025
Beyləqanda atışma olub
55
14:15 / 06 Sentyabr 2025
Bunları bildikdən sonra yalnız yaşlı qoyun əti YEYƏCƏKSİNİZ — FAYDALARI
366
13:44 / 06 Sentyabr 2025
Polis onları həbs etdi - VİDEO
614
13:35 / 06 Sentyabr 2025
Venesuela qırıcıları ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisi üzərində uçur
57
13:30 / 06 Sentyabr 2025
Kolumbiya prezidenti Petro ABŞ-a çağırış edib
61
13:14 / 06 Sentyabr 2025
Ölü sayı artdı
353
13:01 / 06 Sentyabr 2025
Estoniya Polşaya hərbi təlimatçılar göndərir
68
12:20 / 06 Sentyabr 2025
Ağ Ev Pentaqonun Müharibə Departamentinin adını səsvermə olmadan dəyişmək istəyir
63
12:19 / 06 Sentyabr 2025
Yumurta ürəyə nə edir? (VİDEO)
1367
11:59 / 06 Sentyabr 2025
Modi BMT Baş Assambleyasında iştirak etməkdən imtina edir
70
11:52 / 06 Sentyabr 2025
Azərbaycan nümayəndə heyəti Çində keçirilən Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumunda iştirak edir
67
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.