WHAT YOU NEED TO KNOW ABOUT EATING BEAR MEAT
17 İyun 2024, 19:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1706
27.02.2025, 10:40
Fövqəladə Hallar Nazirliyi hazırda ölkə ərazisində müşahidə edilən kəskin və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib.
Bu barədə Oxu24.com-a FHN-dən bildirilib.
FHN hava ilə bağlı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır
Qeyd olunub ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini bir daha diqqətə çatdırırıq: "Qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.
Şaxtalı və çovğunlu hava, qar uçqunu ehtimalı olan yerlərlərlə bağlı tövsiyələr
Həmçinin oxuyun
Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı tövsiyə edirik. Hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğu və kifayət qədər yanacaq ehtiyatı təmin edilməlidir. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur.
Buz bağlayan yollarda hərəkət
Bununla yanaşı, yolların buz bağlaması hallarında piyadalar ayaqqabını sürüşməyə qarşı hazırlamalı, ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət etməlidirlər. Buzlu yolda sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun, yıxıldığınız halda isə qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun. Yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur: "Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir!"
FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edir.
17:21 / 18 Yanvar 2026
50
16:29 / 18 Yanvar 2026
49
16:07 / 18 Yanvar 2026
386
15:44 / 18 Yanvar 2026
57
14:55 / 18 Yanvar 2026
1281
14:53 / 18 Yanvar 2026
57
14:24 / 18 Yanvar 2026
4048
14:13 / 18 Yanvar 2026
52
14:00 / 18 Yanvar 2026
20306
13:49 / 18 Yanvar 2026
108
13:47 / 18 Yanvar 2026
135
13:28 / 18 Yanvar 2026
99
13:24 / 18 Yanvar 2026
126
13:20 / 18 Yanvar 2026
124
12:34 / 18 Yanvar 2026
1365
11:48 / 18 Yanvar 2026
241
11:27 / 18 Yanvar 2026
401
11:06 / 18 Yanvar 2026
136
11:04 / 18 Yanvar 2026
132
10:50 / 18 Yanvar 2026
129
10:42 / 18 Yanvar 2026
203
10:35 / 18 Yanvar 2026
100
10:27 / 18 Yanvar 2026
205
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.