Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
02 Noyabr 2026, 18:33
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
345
08.10.2026, 20:42
İşğaldan azad edilmiş Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində 2026-cı il 8 oktyabr tarixində 2-ci mina partlayışı hadisəsi baş verib.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Məlumata görə, bir müddət öncə Qəhrəmanov Orxan Əşrəf oğlunun minaya düşdüyü əraziyə atası, 1966-cı il təvəllüdlü Qəhrəmanov Əşrəf Elman oğlu daxil olaraq piyada əleyhinə mina hadisəsinə məruz qalıb. Hadisə nəticəsində Qəhrəmanov Əşrəf xəsarət alıb.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!
***
18:25
Cəbrayıl rayonu ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 2000-ci il təvəllüdlü şəxs (kişi) 8 oktyabr tarixində saat 15:10 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bildirilib ki, ona sağ saidin yuxarı 1/3 hissəsinin əl ilə birlikdə travmatik amputasiyası, sol baldırın aşağı 1/3 hissəsinin travmatik amputasiyası, sağ budun bütünlüklə çanaq nahiyəsinə qədər didilmiş-dağılmış yarası və geniş toxuma defekti diaqnozu təyin olunub.
Pasiyent cərrahi əməliyyata alınıb və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.
***
16.29
İşğaldan azad edilmiş Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində 8 oktyabr tarixində mina partlayışı hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin məlumatında bildirilib.
Məlumata görə, 2000-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Qəhrəmanov Orxan Əşrəf oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb. Hadisə zamanı Qəhrəmanov Orxan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.
09:54 / 04 Noyabr 2026
1
09:52 / 04 Noyabr 2026
15
09:43 / 04 Noyabr 2026
33
09:31 / 04 Noyabr 2026
42
09:30 / 04 Noyabr 2026
40
09:25 / 04 Noyabr 2026
45
09:22 / 04 Noyabr 2026
82
09:12 / 04 Noyabr 2026
67
09:05 / 04 Noyabr 2026
302
09:00 / 04 Noyabr 2026
93
08:58 / 04 Noyabr 2026
90
08:58 / 04 Noyabr 2026
821
08:47 / 04 Noyabr 2026
97
05:10 / 04 Noyabr 2026
194
01:45 / 04 Noyabr 2026
1802
01:07 / 04 Noyabr 2026
328
00:56 / 04 Noyabr 2026
493
00:38 / 04 Noyabr 2026
634
00:30 / 04 Noyabr 2026
592
00:29 / 04 Noyabr 2026
247
00:18 / 04 Noyabr 2026
420
00:11 / 04 Noyabr 2026
245
00:10 / 04 Noyabr 2026
393
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.