Dəniz suyu nə üçün duzludur? -MARAQLI SƏBƏB
21 Oktyabr 2026, 13:29
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
463
23.09.2026, 12:32
Smartfonlar və rəqəmsal yorğunluq: Reallıq qavrayışımız necə zədələnir? — Psixoloqdan XƏBƏRDARLIQ
Smartfonlar və sosial şəbəkələr artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilərək zamanımızın əhəmiyyətli bir hissəsini əhatə edir. Lakin texnologiyanın özündən daha çox, ondan necə və nə qədər istifadə etməyimiz əsas problemlərdən birini təşkil edir. İnsan gün ərzində fasiləsiz bildirişlər, xəbərlər və müxtəlif məlumat axını ilə qarşılaşdıqda beyin daim yeni informasiyanı emal etmək məcburiyyətində qalır. Bu davamlı gərginlik zamanla zehni yorğunluq, diqqətin dağınıqlığı və tam istirahət edə bilməmək hissi yaradır. Sosial şəbəkələrin reallıq qavrayışına təsiri isə insanların orada həyatın yalnız seçilmiş, parlaq və uğurlu hissələrini paylaşması ilə birbaşa bağlıdır. Öz həyatımızın bütün tərəflərini başqalarının bu idealize edilmiş görüntüləri ilə müqayisə etdikdə, yanlış olaraq "hamı məndən daha yaxşı yaşayır" düşüncəsinə qapılırıq. Eyni zamanda, sosial mediada sürətli məlumatlara öyrəşən beyin uzun müddət bir işə diqqət verməkdə çətinlik çəkir. Məhz bu səbəbdən mütəxəssislər texnologiyadan tam imtina etmək əvəzinə, şüurlu idarəetməyə əsaslanan rəqəmsal detoksun vacibliyini vurğulayırlar.
Psixoloq Nizami Orucov: "Telefon bizim günümüzü deyil, biz telefonu idarə etməliyik"
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən tanınmış psixoloq Nizami Orucov bildirib ki, smartfonların və fasiləsiz məlumat axınının yaratdığı rəqəmsal yorğunluq günümüzdə insanın psixoloji sağlamlığına mənfi təsir edən əsas amillərdəndir:
"Bu hal beyində daimi gərginlik yaradaraq diqqət dağınıqlığına və reallıq qavrayışının zədələnməsinə gətirib çıxarır”.
Sosial şəbəkələr reallıq qavrayışını necə zədələyir?
Nizami Orucov qeyd edib ki, insanlar sosial mediada yalnız xoşbəxt anlarını, uğurlarını və səyahətlərini bölüşürlər ki, bu da izləyicilərdə "hamı uğurludur, bir mən geridə qalmışam" kimi yanlış təəssürat yaradır.
Beyin qısa və sürətli kadrlara öyrəşdiyi üçün real həyatdaki sakit, yavaş proseslər insana darıxdırıcı gəlməyə başlayır.
Şəxsi həyatın bütün çətinliklərini başqalarının ekran arxasındakı ideal görüntüləri ilə müqayisə etmək daimi narazılıq doğurur”.
Rəqəmsal detoksun real həyatda tətbiqi üçün psixoloji addımlardan bəhs edən psixoloq vurğulayıb ki, telefona ehtiyacdan deyil, vərdişdən baxdığımızı dərk etmək və gündəlik istifadə məqsədlərini müşahidə etmək, bildirişləri azaltmaq, yemək zamanı və yatmazdan əvvəl telefonu kənara qoymaq, sosial şəbəkələr üçün vaxt sərhədi yaratmaq, boşalan zamanı gəzinti, idman, kitab oxumaq və ya dostlarla canlı ünsiyyət kimi real fəaliyyətlərlə əvəz etmək, “Telefondan ümumiyyətlə istifadə etməyəcəyəm" yanaşması yerinə, "telefon mənim günümü idarə etməyəcək" prinsipini formalaşdırmaq vacibdir.
Psixoloq əlavə edib ki, əgər insan rəqəmsal vasitələrdən uzaq qalanda ciddi narahatlıq keçirirsə və bu onun yuxusuna, işinə mənfi təsir edirsə, problemin arxasındakı dərin emosional səbəblər araşdırılmalıdır. Rəqəmsal detoksun əsas məqsədi texnologiyadan qaçmaq deyil, real həyat ilə rəqəmsal aləm arasında sağlam balans yaratmaqdır.
Çimnaz Telmanqızı
01:47 / 22 Oktyabr 2026
26
01:10 / 22 Oktyabr 2026
65
00:43 / 22 Oktyabr 2026
79
00:09 / 22 Oktyabr 2026
91
23:49 / 21 Oktyabr 2026
74
23:37 / 21 Oktyabr 2026
78
23:21 / 21 Oktyabr 2026
194
23:18 / 21 Oktyabr 2026
74
23:17 / 21 Oktyabr 2026
208
23:14 / 21 Oktyabr 2026
77
23:10 / 21 Oktyabr 2026
92
23:04 / 21 Oktyabr 2026
403
23:00 / 21 Oktyabr 2026
79
22:59 / 21 Oktyabr 2026
83
22:52 / 21 Oktyabr 2026
94
22:23 / 21 Oktyabr 2026
94
22:18 / 21 Oktyabr 2026
95
22:12 / 21 Oktyabr 2026
101
21:56 / 21 Oktyabr 2026
130
21:45 / 21 Oktyabr 2026
123
21:38 / 21 Oktyabr 2026
288
21:25 / 21 Oktyabr 2026
183
21:15 / 21 Oktyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.