Qaynar xətt:

(+99450) 247 90 86

Həbsxanadan qaçdı: "yubka" geyinib oğurluq etdi

2019-11/1573655749_1573654236_1573653047614_gw5k5amv.jpeg

KRİMİNAL

1127

13.11.2019, 18:36

\"\" Türkiyədə həbsxanadan qaçan məhkum qadın paltarı geyinərək oğurluq edib.
Oxu24.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Aydın vilayətinin Efelər qəsəbəsində qeydə alınıb. Tanınmamaq üçün qadın paltarı geyinən 3 nəfər marketin şüşəsini sındırıb içəri daxil olaraq 2 kassa aparatını götürüblər. Aydın şəhər Polis Şöbəsinin əməkdaşları təhlükəsizlik kamerasından istifadə edərək oğrular – M.G., Y.Y. və S.B.nı tuta biliblər. Saxlanılan şəxslər cinayət işi açıldıqdan sonra qapalı cəzaçəkmə müəssisəsinə yerləşdiriliblər. Araşdırma zamanı Y.Y.nın həbsxanadan qaçdığı üçün axtarışda olduğu müəyyən edilib.