Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açılıb
06 Noyabr 2026, 13:39
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
40
06.11.2026, 16:44
Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsində təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu24.com-un yerli bürosunun məlumatına görə, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Kamran Əsədov və Gündüz Abbasov son sözlə çıxış edib.
Kamran Əsədov elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini deyib. Gündüz Abbasov isə özünü qismın təqsirli bildiyini bildirib.
Daha sonra dövlət ittihamçısı çıxış edib.
Prokuror Kamran Əsədovun 3 il və Gündüz Abbasovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.
İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Gündüz Yaşar oğlunun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Əsədov Kamran Alim oğlu ilə cinayət əlaqəsinə girməklə 3 nəfər və şəxsən 8 nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki vasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Sumqayıt şəhəri ərazisində Hüseynov Sənan Rasim oğlunun xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən 31 ədəd texniki vasitənin satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən olunub.
Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin Məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib, Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.
Cinayət işləri üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.
Qeyd edilib ki, Kamran Əsədov əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə olunaraq məhkəməyə verilib və məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə cərimə (əlavə) və qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri (əsas) cəzasına məhkum edilib.
16:54 / 06 Noyabr 2026
1
16:36 / 06 Noyabr 2026
56
16:22 / 06 Noyabr 2026
71
16:17 / 06 Noyabr 2026
79
16:02 / 06 Noyabr 2026
88
15:54 / 06 Noyabr 2026
95
15:50 / 06 Noyabr 2026
117
15:43 / 06 Noyabr 2026
117
15:32 / 06 Noyabr 2026
94
15:21 / 06 Noyabr 2026
101
15:14 / 06 Noyabr 2026
97
15:13 / 06 Noyabr 2026
96
15:05 / 06 Noyabr 2026
102
15:00 / 06 Noyabr 2026
670
14:58 / 06 Noyabr 2026
148
14:50 / 06 Noyabr 2026
98
14:43 / 06 Noyabr 2026
88
14:37 / 06 Noyabr 2026
115
14:30 / 06 Noyabr 2026
112
14:23 / 06 Noyabr 2026
116
14:13 / 06 Noyabr 2026
103
14:08 / 06 Noyabr 2026
121
13:57 / 06 Noyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.