Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda vəzifəli şəxsə hücum oldu - Başından YARALANDI (18+FOTO)

Azərbaycanda vəzifəli şəxsə hücum oldu - Başından YARALANDI (18+FOTO)

KRİMİNAL

576

31.10.2026, 13:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəki rayonu Oxud kənd bələdiyyəsinin sədrinə xəsarət yetirilib.

Oxu24.com xəbər verir ki, "Teleqraf"ın əldə etdiyi məlumata görə, hadisə oktyabrın 30-da axşam saatlarında baş verib.

Kənddə toydan əvvəlki axşam məclisində (“Ciyər axşamı”nda) Şəki Rayon İcra Hakimiyyəti Başçısının Oxud kəndi üzrə icra nümayəndəsi Oruc Əhmədov kəndin bələdiyyə sədri Tərlan Səlimovla mübahisə edib. Mübahisə zamanı icra nümayəndəsi bələdiyyə sədrinin başına şüşə butulka vurub.

Həmin vaxt icra nümayəndəsinin içkili olduğu bildirilir.

Məlumata görə, sərxoş olan icra nümayəndəsi uca səslə atmacalı sözlər deyib. Bələdiyyə sədri isə icra nümayəndəsinin hərəkətlərinə irad bildirib.

Bundan qəzəblənən Oruc Əhmədov stolun üstündəki şüşə butulkanı Tərlan Səlimovun başına çırpıb. Xəsarət alan bələdiyyə sədri xəstəxanaya müraciət edib və onun başına tikiş qoyulub.

Oruc Əhmədovun qaynının Şəki Rayon İcra Hakimiyyətində şöbə müdiri işlədiyi bildirilir.

Faktla bağlı rayon hüquq-mühafizə orqanlarında araşdırma başlanıb.