Həmin şəxs tutularaq Azərbaycana gətirildi
29 Oktyabr 2026, 22:27
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
103
29.10.2026, 21:04
Saxta əlillik sənədi düzəltməkdə ittiham olunan müğənni Dəniz Əsədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Samir Yusifov ifadə verib.
O bildirib ki, Dəniz Əsədovanın sürücüsü olub. Onun sözlərinə görə, Dəniz Əsədova tərəfindən ona sənədlər verilib, o da həmin sənədlərə baxmadan deyilən ünvanlara çatdırıb. Qeyd edib ki, sənədlərin nədən ibarət olduğunu bilməyib.
Daha sonra şahidin istintaqa verdiyi ifadə elan edilib. Şahidin istintaqa verdiyi ifadəsində göstərib ki, Sabunçuda Dəniz Əsədova ilə qonşu olub, orda münasibət yaranıb və onun sürücüsü olub: "Mənə çatdırılması üçün sənədlər verilib. Sənədləri 20 nömrəli xəstəxananın baş həkimi Rauf İsfəndiyara apararaq vermişəm. Nə olduğunu bilməmişəm. Amma əlillik dərəcəsini təyinatı üçün olduğunu eşitmişəm. Sonra ƏƏSMN-də yoxlama keçirilib. Keçirilən yoxlama nəticəsində əlillik dərəcəsi verilən şəxslərin əlilliyi kəsilib”.
Daha sonra şahid Məhərrəm Məhərrəmov ifadə verib. O, bildirib ki, ifadə 2019-cu ildə açılan cinayət işində şahid olub, həmin dövrdə veriyo ifadəni xatırlamır.
Bu səbəbdən onun istintaqa verdiyi ifadəsi elan olunub. O, həmin ifadəsində bunları deyib: "Dəniz Əsədova dedi ki, 2500-4000 manat qarşılığında dərəcələrə uyğun əlillik düzəldir. Mən də bunu Sumqayıtda bir neçə dedim. Şirinlik olaraq 50-100 manat alacağımı dedim. Aldığım pulları 20 Yanvarda ona vermişəm. Sonra ƏƏSMN-də yoxlama keçirildi, əlillik dərəcəsi verilən şəxslərin pensiyası kəsildi, Dəniz Əsədova tutuldu”.
Növbəti proses noyabrın 26-da davam edəcək.
Qeyd edək ki, Dəniz Əsədova barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 32.4 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4 313-cü (vəzifə saxtakarlığına təhrik etmə), 32 311.3.3-cü ( təkrar, külli miqdarda rüşvət almağa təhrik etmə), 32 312.3.3 (rüşvət verməyə təhrik etmə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri yeni ittiham verilib.
Müğənni vətəndaşlardan pul alaraq saxta əlillik sənədi düzəltməkdə ittiham olunur.
O, Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının keçmiş baş həkimi və hazırda cinayət işi məhkəmə araşdırmasında olan Rauf İsfəndiyarovla əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib.
İş üzrə dövlətə 1,6 milyon manat ziyan vurulub.
Xatırladaq ki, Dəniz Əsədova bundan əvvəl bir neçə nəfərə qarşı təhqir və böhtana görə xüsusi ittiham qaydasına məhkum edilib.
O, vəkil Asim Abbasovu təhqir və böhtan atdığı səbəbindən Binəqədi rayon Məhkəməsinin hökmü ilə 7 ay azadlıqdan məhrum edilib. Daha sonra başqa bir şəxsi də təhqir etməsi və böhtan atması səbəbindən onun cəzası artırılıb.
Dəniz Əsədova bu ilin yanvarın 8-də Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarı ilə adminstrasiya aktına əsasən azadlığa buraxılıb.
Telegraf
22:27 / 29 Oktyabr 2026
1
22:24 / 29 Oktyabr 2026
9
22:17 / 29 Oktyabr 2026
24
22:11 / 29 Oktyabr 2026
47
22:07 / 29 Oktyabr 2026
52
21:48 / 29 Oktyabr 2026
70
21:45 / 29 Oktyabr 2026
527
21:42 / 29 Oktyabr 2026
83
21:33 / 29 Oktyabr 2026
68
21:31 / 29 Oktyabr 2026
91
21:27 / 29 Oktyabr 2026
69
21:18 / 29 Oktyabr 2026
72
21:02 / 29 Oktyabr 2026
115
20:49 / 29 Oktyabr 2026
168
20:41 / 29 Oktyabr 2026
120
20:37 / 29 Oktyabr 2026
1116
20:23 / 29 Oktyabr 2026
147
20:17 / 29 Oktyabr 2026
96
19:58 / 29 Oktyabr 2026
381
19:31 / 29 Oktyabr 2026
111
19:19 / 29 Oktyabr 2026
193
19:11 / 29 Oktyabr 2026
116
19:02 / 29 Oktyabr 2026
349
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.