Bir evdən iki meyit tapıldı - Təfərrüat
12 Noyabr 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
311
22.10.2026, 15:05
Bakıda tələbə Ayxan Vəlizadənin atasını qətlə yetirməsinin təfərrüatı məlum olub.
Oxu24.com xəbər verir ki, oxu.az-ın məlumatına görə, qətlə yetirilən İftixar Vəlizadə 2005-ci ildə ailə həyatı qurub və bir müddət sonra Tacikistana köçüb. O, uzun müddət Tacikistanda yaşayıb. Orada xırda ticarətlə məşğul olan İftixar daha sonra biznesini genişləndirib və istehsalçı sahibkar kimi fəaliyyətini davam etdirib. O, Tacikistanda vafli istehsalı sexi açıb.
2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar İftixarın biznesi çöküb və o, 5 uşağı və həyat yoldaşı ilə Azərbaycana qayıdıb. İftixar Vəlizadə Bakının Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda, valideynləri ilə birlikdə yaşamağa qərar verib. Biznesi çökən sahibkar psixoloji gərginlik keçirib və əsəb xəstəliyinə tutulub. Bundan sonra isə İftixar mütəmadi spirtli içki qəbul etməyə başlayıb. Hər gün sərxoş vəziyyətdə evə gələn İftixar ailəsi ilə mübahisə etməyə başlayıb. Sonuncu dəfə o, evinə gələrkən böyük qızının küçədə oğlanla söhbət etdiyini görüb. O, evdə buna görə dava salıb və qızını döymək istəyib. Həmin vaxt evdə olan oğlu, Azərbaycan Idman Akademiyasının sağlamlıq və menecment fakültəsinin 1-ci kurs tələbəsi Ayxan Vəlizadə buna mane olmağa çalışsa da, İftixar sakitləşməyib. O, əvvəlcə stolda olan şüşə qabı qızına atıb, sonra isə taxta parçası ilə onu döyməyə başlayıb. Ayxan isə atasının bu hərəkətlərinə mane olmağa çalışıb. İftixar bundan əsəbiləşərək mətbəxə keçib, bıçağı götürüb bütün ailə üzvlərinə hücum edib. Bu vaxt Ayxan atasının qarşısına keçərək, niyə belə əsəbiləşdiriyini soruşub. İftixar isə oğluna - "Get əxlaqsız anan və bacından soruş", - deyib. Atasının ailə üzvlərinə əxlaqsız deməsindən əsəbiləşən Ayxan bıçağı alaraq ona 4 dəfə zərbə endirib. Nəticədə İftixar ölüb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Ayxan Vəlizadə saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı zamanı müəyyən edilib ki, Ayxan Vəlizadənin cinayəti qəsdən adam öldürmə deyil, zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə cinayətidir. Məhkəmə belə qənaətə gəlib ki, Ayxan özünü və ailə üzvlərini müdafiə edərkən zəruri müdafiə həddini aşmaqla atasını öldürüb. Buna görə də onun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. Məhkəmənin hökmü ilə Ayxan Vəlizadə 1 il 6 ay azadlıqdan məhrum edilib.
03:10 / 12 Noyabr 2026
107
01:25 / 12 Noyabr 2026
131
00:55 / 12 Noyabr 2026
139
00:43 / 12 Noyabr 2026
130
00:35 / 12 Noyabr 2026
309
00:33 / 12 Noyabr 2026
125
00:27 / 12 Noyabr 2026
139
00:24 / 12 Noyabr 2026
160
00:19 / 12 Noyabr 2026
163
00:17 / 12 Noyabr 2026
253
00:11 / 12 Noyabr 2026
157
23:54 / 11 Noyabr 2026
140
23:52 / 11 Noyabr 2026
138
23:50 / 11 Noyabr 2026
165
23:45 / 11 Noyabr 2026
1266
23:28 / 11 Noyabr 2026
129
23:24 / 11 Noyabr 2026
138
23:18 / 11 Noyabr 2026
154
23:09 / 11 Noyabr 2026
148
23:03 / 11 Noyabr 2026
136
23:01 / 11 Noyabr 2026
158
22:55 / 11 Noyabr 2026
131
22:38 / 11 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.