Mikroavtobus AŞDI-Şərqiyyə Məmmədova həyatını itirdi
07 Noyabr 2026, 15:23
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
257
15.10.2026, 10:57
Gəncə şəhərində vətəndaşlara qarşı dələduzluq əməlləri törətmiş 1973-cü il təvəllüdlü Mehman Məmmədov həbs edilib.
Oxu24.com xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncə Şəhər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 178 və 320-ci (dələduzluq və sənədlərin saxtalaşdırılması) maddələri ilə təqsirli bilinib.
Məlum olub ki, Mehman ikinci qrup üzrə müddətsiz əlildir. O, ətrafına özünü nüfuzlu şəxs kimi təqdim edib, dövlət qurumlarında yaxşı əlaqələrinin olduğunu deyib. “İnfiniti” markalı avtomobil idarə edən və özünü imkanlı şəxs kimi göstərən Mehman 6 nəfərdən onları və ya övladlarını işə düzəltmək, kəsilmiş pensiyalarının bərpası və digər vədlərlə müvafiq olaraq 4200, 3885, 4000, 4000, 4000, 3050 manat pul alıb.
Həmin vaxt Mehman işə düzəltməyə söz verdiyi şəxslərdən bəzilərinə Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovun adından imzalanmış nömrəsiz, tarixsiz, saxta QR kodlu əmrlərin surətini də təqdim edib. Lakin ekspertiza zamanı həmin sənədlərin saxta olması müəyyənləşdirilib.
Məhkəmədə Mehman Məmmədov dələduzluq yolu ilə ələ keçirdiyi pulları müalicəsinə sərf etdiyini deyib.
Gəncə Şəhər Məhkəməsinin hökmü ilə ona 3 il 6 ay həbs cəzası verilib.
19:07 / 07 Noyabr 2026
33
19:04 / 07 Noyabr 2026
22
18:55 / 07 Noyabr 2026
27
18:53 / 07 Noyabr 2026
67
18:52 / 07 Noyabr 2026
93
18:22 / 07 Noyabr 2026
69
18:12 / 07 Noyabr 2026
78
18:08 / 07 Noyabr 2026
69
17:52 / 07 Noyabr 2026
560
17:37 / 07 Noyabr 2026
249
17:34 / 07 Noyabr 2026
931
17:32 / 07 Noyabr 2026
111
17:30 / 07 Noyabr 2026
100
16:55 / 07 Noyabr 2026
94
16:31 / 07 Noyabr 2026
111
15:55 / 07 Noyabr 2026
122
15:23 / 07 Noyabr 2026
617
15:17 / 07 Noyabr 2026
167
15:02 / 07 Noyabr 2026
316
14:52 / 07 Noyabr 2026
693
14:47 / 07 Noyabr 2026
213
14:41 / 07 Noyabr 2026
322
14:36 / 07 Noyabr 2026
154
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.