Məktəbli faciəli şəkildə öldü
10 Noyabr 2026, 13:05
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
298
08.10.2026, 14:15
“Bakıda sinif yoldaşını qətlə yetirməkdə təqsirləndirilən yeniyetməni məsuliyyətdən yayındırmaq istəyirlər”.
Oxu24.com xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında qətlə yetirilən 2012-ci il təvəllüdlü A.Ağayevin əmisi Zöhrab Ağayev deyib.
O iddia edib ki, qətli törətməkdə şübhəli bilinən A.Hüseynovun yaxınları onun ruhi xəstə olması barədə saxta sənəd hazırlatmağa çalışırlar: “Bu hadisə bilərəkdən törədilib. Hadisədən bir həftə əvvəl həmin yeniyetmə məktəbin 11-ci sinif şagirdləri ilə dalaşıb və onların üzərinə qayçı ilə hücum edib. Məktəbin direktoru həmin uşağı və onunla mübahisə edən iki 11-ci sinif şagirdini məktəbə buraxmır.
Sonuncu hadisə isə oktyabrın 5-i günorta saatlarında baş verib. Həmin gün qardaşım oğlu dərsdə olub. Bu oğlan ona zəng vurub məktəbin arxasına çağırıb və “səninlə işim var” deyib. Qardaşım oğlu dərsdən çıxıb onun dediyi yerə gəlib.
Məktəbin arxasına çatanda həmin oğlan qardaşım oğluna deyib ki, guya iki gün əvvəl ona gülüb. Elə bunu deyən kimi də uşağı bıçaqlayıb. Uşaq xəstəxanada dünyasını dəyişib.
Bizim başımızın hüzrə qarışmasından istifadə edib işi həll etmək, uşağı məsuliyyətdən yayındırmaq istəyirlər. Aldığımız məlumata görə, hazırda uşağın anlaqsız olması barədə sənəd hazırlatdırırlar ki, onu məsuliyyətdən azad etsinlər. Bu üsulla bizim uşağın qanını batırmaq istəyirlər. Cinayəti törədən uşağın anası deyir ki, məsələni ört-basdır edəcəklər”.
Z.Ağayev bildirib ki, ailə bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından yardım istəyir və hadisənin obyektiv araşdırılmasını xahiş edir.
Qeyd edək ki, Bakının Nizami rayonunda orta məktəblərdən birinin 9-cu sinfində təhsil alan şagird sinif yoldaşını bıçaqlayaraq öldürüb.
14:23 / 10 Noyabr 2026
21
14:20 / 10 Noyabr 2026
102
14:09 / 10 Noyabr 2026
65
14:00 / 10 Noyabr 2026
367
13:44 / 10 Noyabr 2026
84
13:38 / 10 Noyabr 2026
263
13:26 / 10 Noyabr 2026
973
13:24 / 10 Noyabr 2026
104
13:20 / 10 Noyabr 2026
265
13:05 / 10 Noyabr 2026
141
13:00 / 10 Noyabr 2026
118
12:37 / 10 Noyabr 2026
384
12:31 / 10 Noyabr 2026
113
12:21 / 10 Noyabr 2026
488
12:18 / 10 Noyabr 2026
133
12:04 / 10 Noyabr 2026
144
12:00 / 10 Noyabr 2026
315
11:45 / 10 Noyabr 2026
2376
11:42 / 10 Noyabr 2026
110
11:39 / 10 Noyabr 2026
130
11:28 / 10 Noyabr 2026
129
11:16 / 10 Noyabr 2026
225
11:04 / 10 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.