Rusiyada dəhşət: Prokurorlar qətlə yetirildi
10 Noyabr 2026, 01:19
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
260
26.09.2026, 14:52
Xaricdə iş və müxtəlif vədlərlə dələduzluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Oxu24.com -ya verilən məlumata görə, DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşların etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən E.Vəliyev saxlanılıb.
Müəyyən edilib ki, o, bir vətəndaşın övladını İsveçrədə işlə təmin edəcəyini vəd edərək 1728 manat, digər şəxsdən isə istirahət kompleksində ev və “golfcar”la təmin edəcəyi adı ilə 3400 manat alıb. E.Vəliyev, həmçinin dəyəri 19 min manat olan “golfcar” nəqliyyat vasitəsinin ödənişini sonradan edəcəyi vədi ilə əldə edərək sahibinin razılığı olmadan 8 min manata başqa şəxsə satıb.
Aparılan araşdırmalarla onun mobil telefonunda tanınmış şəxslərlə birlikdə olduğunu göstərən fotomontaj edilərək hazırlanan şəkillər də aşkarlanıb. Müəyyən edilib ki, E.Vəliyev bu şəkillərdən istifadə etməklə özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edib və bu üsulla zərərçəkənlərin etimadını qazanıb.
E.Vəliyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Faktlarla bağlı istintaq tədbirləri davam etdirilir.
09:35 / 10 Noyabr 2026
1
09:26 / 10 Noyabr 2026
50
09:19 / 10 Noyabr 2026
54
08:56 / 10 Noyabr 2026
110
08:46 / 10 Noyabr 2026
116
08:42 / 10 Noyabr 2026
609
05:37 / 10 Noyabr 2026
141
05:27 / 10 Noyabr 2026
212
04:34 / 10 Noyabr 2026
145
04:12 / 10 Noyabr 2026
203
02:34 / 10 Noyabr 2026
174
02:02 / 10 Noyabr 2026
162
01:30 / 10 Noyabr 2026
412
01:19 / 10 Noyabr 2026
561
01:00 / 10 Noyabr 2026
246
00:25 / 10 Noyabr 2026
1203
00:20 / 10 Noyabr 2026
165
00:14 / 10 Noyabr 2026
545
00:08 / 10 Noyabr 2026
166
23:52 / 09 Noyabr 2026
305
23:52 / 09 Noyabr 2026
2659
23:48 / 09 Noyabr 2026
163
23:42 / 09 Noyabr 2026
446
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.