DİN hadisə ilə bağlı AÇIQLAMA YAYDI
14 Noyabr 2026, 00:40
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
339
24.09.2026, 15:05
Sentyabrın 23-də saat 15 radələrində Qusarın Əvəcuğ- Xürəl kəndinin meşəlik ərazisində qadın meyiti aşkarlanıb.
Oxu24.com Bizim.Media-ya istinadən xəbər verir ki, aparılan araşdırmalar zamanı meyitin Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Səadət Ferma qızı Həsənovaya məxsus olduğu müəyyən edilib.
Onun bədənində bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarətlər aşkarlanıb. İstintaqla müəyyən edilib ki, hadisə sentyabrın 21-də Bakı şəhərinin Xətai rayonunda baş verib. Əvəcuğ kənd sakini, 1999-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Kamran Xəzər oğlu Seyidov qeyri-rəsmi nikah münasibətində olduğu S.Həsənovanı qısqanclıq zəminində bıçaqla öldürüb.
Daha sonra K.Seyidov qadının meyitini idarə etdiyi “Mercedes” markalı, 77-NY-316 dövlət qeydiyyat nişanlı avtomobillə kəndin meşəlik ərazisinə aparıb.
Kamran Seyidov saxlanılıb. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Məlumat üçün bildirək ki, qadını qətlə yetirməkdə şübhəli bilinən Kamran Seyidov 2024-cü ilin dekabrında baş verən təyyarə qəzasında həyatını itirən qusarlı bacı-qardaş -19 yaşlı Xədicə və 22 yaşlı Əli Əlimirzəyevin ögey qardaşıdır. Kamran Seyidov təyyarə qəzasında həlak olan yaxınlarına görə özünü birinci dərəcəli varis hesab edərək kompensasiyanın ona verilməsini tələb edirdi.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.