DİN hadisə ilə bağlı AÇIQLAMA YAYDI
14 Noyabr 2026, 00:40
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
892
09.09.2026, 12:58
Xəbər verdiyimiz kimi, tanınmış modelyer Leyla Əhmədova cinayət məsuliyyətinə cəlb edilib.
Oxu24.com xəbər verir ki,“Qafqazinfo”nun məlumatına görə, modelyer dələduzluqdan əlavə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, habelə vəzifə saxtakarlığında ittiham olunur.
İş üzrə 8 nəfər zərərçəkmiş qismində tanınıb.
“Konsern İnterturan”ın vitse-prezidenti Leyla Əhmədova sözügedən şirkətin rəhbəri olan atası Saday Əhmədovla əlbir olaraq Xətai rayonunda yerləşən üçmərtəbəli yaşayış binasının qanuni əsas və məhkəmə qərarı olmadan sökülməsini təşkil edib. Söküntü nəticəsində binada yaşayan 7 nəfər mülkiyyətçiyə 1 milyon manata yaxın ziyan dəyib.
Bundan başqa, L.Əhmədovanın torpaq sahəsinin satışını vəd etdiyi şəxsdən gələcək alqı-satqının avansı adı ilə 200 000 manat aldığı, əslində isə satmaq niyyətinin olmadığı və pulu şəxsi ehtiyaclarına xərclədiyi məlum olub.
Fotoda Leyla Əhmədova və atası Saday Əhmədov
Zərərçəkmişlərin şikayəti əsasında modelyer şübhəli şəxs qismində tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda zərər vurmaqla törədildikdə), 186-cı (özgənin əmlakını qəsdən məhv etmə və zədələmə) və 309-cu (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, prokurorun təqdimatı əsasında L.Əhmədova barəsində Xətai Rayon Məhkəməsinin 3 avqust tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hakim Aygün Həsənovanın həbs qərarı Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb. Bir ay Bakı İstintaq Təcridxanasında qalan modelyer ötən gün Xətai Rayon Məhkəməsinin hakimi Elçin Nəsibovun qərarı ilə ev dustaqlığına buraxılıb.
Məhkəmə zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq belə qərar çıxarıb.
Məlumat üçün deyək ki, ev dustaqlığı həbsə birbaşa alternativ olan və şəxsin müəyyən məhdudiyyətlər çərçivəsində yaşayış yerini tərk etməsinə imkan verməyən qətimkan tədbiridir.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir, zəruri prosessual hərəkətlər həyata keçirilir.
Qeyd edək ki, Leyla Əhmədova barəsində həbs və ev dustaqlığı qərarları ilə bağlı ilk məlumatı “Qafqazinfo” yayıb. Xəbər dərc edildikdən sonra modelyer barəsindəki ittihamları təkzib edən açıqlamalar verib. O, məhkəmənin həbs qərarını da inkar edərək, ümumiyyətlə barəsində cinayət işi olmadığını iddia edib: “Yayılan məlumatın heç bir əsası yoxdur. Yanlış məlumatdır. Xaricdə idim, telefonum sönmüşdü. Belə bir şey olsaydı, prokurorluq özü məlumat yayardı”.
“Qafqazinfo” olaraq bildiririk ki, sözügedən xəbərlərimiz bir neçə mötəbər mənbə tərəfindən təsdiqlənib və müvafiq məhkəmə qərarlarına əsaslanır. Yəqin ki istintaq orqanı da tezliklə bu barədə məlumat yayacaq.
Leyla Əhmədovanın fərqli mövqeyi varsa, qanunvericilikdə nəzərdə tutulan qaydada məhkəməyə müraciət edə bilər.
13:03 / 14 Noyabr 2026
1
12:49 / 14 Noyabr 2026
48
12:25 / 14 Noyabr 2026
74
12:09 / 14 Noyabr 2026
94
11:58 / 14 Noyabr 2026
93
11:50 / 14 Noyabr 2026
78
11:39 / 14 Noyabr 2026
82
11:32 / 14 Noyabr 2026
91
11:19 / 14 Noyabr 2026
99
11:09 / 14 Noyabr 2026
98
11:00 / 14 Noyabr 2026
114
10:58 / 14 Noyabr 2026
104
10:46 / 14 Noyabr 2026
111
10:36 / 14 Noyabr 2026
105
10:17 / 14 Noyabr 2026
94
09:59 / 14 Noyabr 2026
114
09:46 / 14 Noyabr 2026
122
09:30 / 14 Noyabr 2026
111
09:29 / 14 Noyabr 2026
137
09:23 / 14 Noyabr 2026
251
08:09 / 14 Noyabr 2026
1723
01:15 / 14 Noyabr 2026
201
00:40 / 14 Noyabr 2026
362
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.