Qaynar xətt:

(+99450) 247 90 86

Qızılağac Milli Parkında qanunsuz ov edən şəxslər saxlanılıblar 

Qızılağac Milli Parkında qanunsuz ov edən şəxslər saxlanılıblar 

KRİMİNAL

103

09.09.2026, 11:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qızılağac Milli Parkının su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan İ.Əhmədov saxlanılıb.

Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, baxış zamanı ondan müxtəlif növ balıqlar və qadağan olunmuş ov alətləri aşkarlanıb. Həyata keçirilən digər tədbir zamanı isə qeyd edilən qoruğun ərazisində qanunsuz ov edən E.Eynalov, R.Eynalov, E.Əzizov və İ.Eynalov da saxlanılıblar.

Həmin şəxslərdən 4 ədəd müvafiq sənədləri olmayan ov silahı və qanunsuz ovlanmış 72 ədəd adı "Qırmızı Kitaba" düşən müxtəlif növ çöl quşu aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.