DİN hadisə ilə bağlı AÇIQLAMA YAYDI
14 Noyabr 2026, 00:40
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
332
04.09.2026, 14:25
Azərbaycanda qızıl qaçaqmalçılığında ittiham olunan 5 nəfərə hökm oxunub.
Oxu24.com-un məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Əli Ə. və Cəlil M. 5 il 6 ay, Vüsal S., Afiq A. və Rəvan Ə. isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkəcəklər.
Onlardan 3-ü məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxslər ötən il Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
İttihama görə, onlar 2025-ci ilin sentyabrında qızıl məmulatlarının qaçaqmalçılıqla Türkiyəyə aparılaraq satılması və əldə ediləcək gəlirin bölüşdürülməsi barədə razılaşıblar.
Bunun üçün ümumilikdə 215 min manat vəsait toplanıb, Bakı şəhərinin Nəsimi rayonundakı “Moskva” ticarət mərkəzində müxtəlif əyarlı qızıl məmulatları əridərək təmiz halda 999 əyarlı qızıl boyunbağılar, qolbaqlar düzəldiblər.
Hazırlanan qızıl məmulatlarının ümumi dəyəri 213 594 manat, kütləsi isə 984,94 qram olub. Qızılların gömrük nəzarətindən gizlədilməsi məqsədilə onların Bakı-Naxçıvan sərnişin avtobusunun arxa oturacağında gizlədildiyi müəyyən edilib. Daha sonra Biləsuvar gömrük məntəqəsindən İran ərazisinə, oradan isə Culfa vasitəsilə Naxçıvana keçirilib və Türkiyəyə aparılması planlaşdırılıb.
Məlumata görə, Əli Ə. qızılların Türkiyəyə aparılmasını təşkil edib. Cəlil M. isə bu işdə ona kömək edib.
Vüsal S., Afiq A. və Rəvan Ə. qızılın alınması, əridilməsi, hazırlanması və maliyyələşdirilməsində iştirak etdiyi bildirilib.
Əli Ə. və Cəlil M. Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), Vüsal S., Afiq A. və Rəvan Ə. isə 32, 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə cinayətində iştirak etmə) maddələri ilə yekun ittiham elan olunub.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.