Həmidə Aslanovanın hamamda meyiti tapıldı
25 Noyabr 2026, 12:45
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
334
12.06.2024, 14:54
Cari il fevralın 13-də 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə təqsirləndirilən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun barəsində Xətai rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, cəmiyyətdə böyük ictimai rezonansa səbəb olmuş cinayətin baş vermə səbəbləri və şəraiti, təqsirləndirilən şəxsin əməlinin xarakteri və təqsirliliyi, eləcə də sair sübut edilməli olan hallar prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin digər subyektləri ilə birgə tam və hərtərəfli araşdırılıb.
İstintaq zamanı təyin olunmuş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən şəxs Əhməd Əhmədovun hadisə baş verən zaman anlaqsız vəziyyətdə olmasına, həmçinin, cəmiyyət üçün təhlükəli olmasına əsaslı şübhələr müəyyən edildiyindən onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat başlanıb.
Əhməd Əhmədov 1972-ci il təvəllüdlü atası Mehman Əhmədov, 1977-ci il təvəllüdlü anası Pikə Əhmədova, 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədova, 2021-ci il təvəllüdlü azyaşlı bacısı qızı Ülviyyə Niftəliyeva və 2015-ci il təvəllüdlü azyaşlı qardaşı Məhəmməd Əhmədovu aşkar surətdə köməksiz vəziyyətdə, xüsusi amansızlıqla qəsdən öldürməkdə təqsirləndirilərək ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib.
İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
13:15 / 25 Noyabr 2026
20
13:11 / 25 Noyabr 2026
204
13:10 / 25 Noyabr 2026
56
12:58 / 25 Noyabr 2026
58
12:57 / 25 Noyabr 2026
65
12:55 / 25 Noyabr 2026
61
12:52 / 25 Noyabr 2026
64
12:45 / 25 Noyabr 2026
66
12:37 / 25 Noyabr 2026
88
12:27 / 25 Noyabr 2026
100
12:21 / 25 Noyabr 2026
121
12:18 / 25 Noyabr 2026
84
12:14 / 25 Noyabr 2026
103
12:05 / 25 Noyabr 2026
104
11:58 / 25 Noyabr 2026
95
11:52 / 25 Noyabr 2026
363
11:50 / 25 Noyabr 2026
110
11:48 / 25 Noyabr 2026
106
11:45 / 25 Noyabr 2026
94
11:40 / 25 Noyabr 2026
113
11:38 / 25 Noyabr 2026
116
11:29 / 25 Noyabr 2026
100
11:25 / 25 Noyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.