Həmidə Aslanovanın hamamda meyiti tapıldı
25 Noyabr 2026, 12:45
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
525
11.06.2024, 12:14
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən paytaxt ərazisində keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Əli Valehov və qohumu əvvəllər məhkum olunmuş Elçin Abdurəhimov saxlanılıblar.
Oxu24.com DİN-ə istinadən xəbər verir ki, onların üzərindən, ev və avtomobillərindən 42 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, elektron tərəzi və narkotiklərin təmassız satışında istifadə olunan bank kartı aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, Ə.Valehov və E.Abdurəhimov “Kərim” adlı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq ölkəyə narkotiklərin gətirilməsini təşkil ediblər.
Saxlanılanlar qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən marixuananı Siyəzən rayonunda dəniz kənarından əldə etdiklərini bildiriblər. Hər iki şəxs narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə Bakı şəhərində ayrı-ayrı ünvanlara yerləşdirməli imişlər. Ə.Valehov və E.Abdurəhimov ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslərdən olublar.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

14:33 / 25 Noyabr 2026
1
14:30 / 25 Noyabr 2026
23
14:29 / 25 Noyabr 2026
32
14:21 / 25 Noyabr 2026
46
14:03 / 25 Noyabr 2026
81
14:02 / 25 Noyabr 2026
94
14:00 / 25 Noyabr 2026
93
13:56 / 25 Noyabr 2026
82
13:47 / 25 Noyabr 2026
83
13:45 / 25 Noyabr 2026
95
13:27 / 25 Noyabr 2026
542
13:15 / 25 Noyabr 2026
110
13:11 / 25 Noyabr 2026
643
13:10 / 25 Noyabr 2026
125
12:58 / 25 Noyabr 2026
114
12:57 / 25 Noyabr 2026
93
12:55 / 25 Noyabr 2026
112
12:52 / 25 Noyabr 2026
111
12:45 / 25 Noyabr 2026
110
12:37 / 25 Noyabr 2026
114
12:27 / 25 Noyabr 2026
122
12:21 / 25 Noyabr 2026
150
12:18 / 25 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.