700 mindən çox vətəndaşın maaşı arta bilər: Minimum əməkhaqqı ilə bağlı gözlənti - Foto
17 Oktyabr 2026, 22:12
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
289
15.10.2026, 12:19
Azərbaycan Mərkəzi Bankının ödəniş sistemləri üzrə xidmət haqlarının azaldılması ilə bağlı qəbul etdiyi yeni qərar rəqəmsal ödəniş infrastrukturunun daha səmərəli fəaliyyətini hədəfləyir.
Qərara əsasən, 2027-ci il aprelin 1-dən etibarən AZIPS(böyük miqdarda pul köçürməsi) üzrə xidmət haqlarının yuxarı həddi 2 dəfə, XÖHKS(xırda ödəniş hesablamalarının Kliring Sistemi) üzrə isə 1,5 dəfə azaldılacaq, həmçinin Ani Ödənişlər Sistemi üzrə də daha aşağı tariflər tətbiq ediləcək.
Bu addım ilk növbədə bankların əməliyyat xərclərinin optimallaşdırılmasına və banklararası köçürmələrin daha sərfəli təşkilinə xidmət edir.
Lakin Mərkəzi Bankın müəyyən etdiyi tariflərin aşağı düşməsi vətəndaşların kartdan karta köçürmələr zamanı ödədiyi komissiyaların avtomatik olaraq azalacağı anlamına gəlmir.
Çünki requlyatorun ödəniş sistemləri üçün təyin etdiyi xidmət haqları ilə kommersiya banklarının müştərilərə tətbiq etdiyi komissiyalar tamamilə fərqli anlayışlardır.
Vətəndaşlardan komissiyanın tutulub-tutulmaması və ya onun məbləği hər bir bankın öz kommersiya strategiyasından, kartın növündən və köçürmə şərtlərindən birbaşa asılıdır.
Yeni qərar bütün kart köçürmələrinin mütləq ödənişli olmasını tələb etmədiyi kimi, bank xərclərinin azalmasının müştərilərin cibinə müsbət əks olunacağına da zəmanət vermir.
Rəqəmsal ödəniş sisteminin real inkişafı təkcə əməliyyatların sürəti və rahatlığı ilə deyil, həm də əhali üçün şəffaf və münasib tariflərin təmin edilməsi ilə ölçülməlidir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı Günay Hüseynova bildirib ki, Azərbaycan Mərkəzi Bankının ödəniş sistemləri üzrə xidmət haqlarının azaldılması ilə bağlı yeni qərarı rəqəmsal ödəniş infrastrukturunun daha səmərəli fəaliyyətini hədəfləyir:
“2027-ci il aprelin 1-dən AZIPS üzrə xidmət haqlarının yuxarı həddi 2 dəfə, XÖHKS üzrə isə 1,5 dəfə azaldılacaq. Ani Ödənişlər Sistemi üzrə də daha aşağı tariflər tətbiq ediləcək”.
Onun sözlərinə görə, bankların əməliyyat xərclərinin azalması vətəndaşların kartdan karta köçürmələr zamanı ödədiyi komissiyanın avtomatik olaraq aşağı düşəcəyi demək deyil.
İlkin səbəb odur ki, Mərkəzi Bankın ödəniş sistemləri üzrə müəyyən etdiyi xidmət haqları ilə bankların müştərilər üçün tətbiq etdiyi komissiyalar fərqli anlayışlardır. Kartdan karta köçürmələr zamanı komissiyanın tutulub-tutulmaması və məbləği bankın tarif siyasətindən, köçürmənin növündən və istifadə edilən kartın şərtlərindən asılıdır.
Günay Hüseynova vətəndaşların nəzərinə çatdırıb ki, yeni qərar bütün kart köçürmələrinin mütləq ödənişli olmasını nəzərdə tutmur. Eyni zamanda, bankların xərclərinin azalması müştərilər üçün komissiyaların da azalacağına zəmanət vermir. İqtisadi baxımdan bu qərar ödəniş infrastrukturunda xərclərin optimallaşdırılması və banklararası əməliyyatların daha səmərəli təşkili baxımından əhəmiyyətli hesab olunur.
Bununla yanaşı, yaranan imkanların istehlakçılar üçün real faydaya çevrilməsi bank sektorunda rəqabətin səviyyəsindən asılı olacaq.
İqtisadçı qeyd edib ki, əgər banklar xərclərin azalmasını müştərilərə daha aşağı komissiyalar şəklində ötürsələr, bu, əhalinin gündəlik maliyyə xərclərinin azalmasına və nağdsız ödənişlərin genişlənməsinə müsbət təsir göstərə bilər. Əks halda, tariflərin aşağı salınmasının faydası əsasən bankların öz xərclərində əks oluna bilər:
“Əsas məsələ bankların xərclərinin nə qədər azalması deyil, bu azalmanın vətəndaşın cibində nə dərəcədə hiss olunmasıdır. Rəqəmsal ödənişlərin inkişafı təkcə sürət və rahatlıqla deyil, həm də şəffaf və münasib tariflərlə qiymətləndirilməlidir".
Çimnaz Telmanqızı
23:59 / 18 Oktyabr 2026
73
23:49 / 18 Oktyabr 2026
69
23:32 / 18 Oktyabr 2026
79
23:21 / 18 Oktyabr 2026
100
22:54 / 18 Oktyabr 2026
94
22:03 / 18 Oktyabr 2026
111
21:52 / 18 Oktyabr 2026
100
21:31 / 18 Oktyabr 2026
115
21:26 / 18 Oktyabr 2026
124
21:20 / 18 Oktyabr 2026
94
21:13 / 18 Oktyabr 2026
165
21:08 / 18 Oktyabr 2026
110
20:58 / 18 Oktyabr 2026
82
20:39 / 18 Oktyabr 2026
103
20:25 / 18 Oktyabr 2026
120
20:09 / 18 Oktyabr 2026
144
19:56 / 18 Oktyabr 2026
176
19:42 / 18 Oktyabr 2026
205
19:30 / 18 Oktyabr 2026
962
19:19 / 18 Oktyabr 2026
116
19:09 / 18 Oktyabr 2026
89
18:55 / 18 Oktyabr 2026
777
18:50 / 18 Oktyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.