Neftin qiyməti dəyişdi
13 Noyabr 2026, 10:02
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
326
29.09.2026, 09:58
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı manat məzənnəsinin 2017-ci aprel ayından etibarən stabil qaldığını və yaxşı ticarət balansımızın olduğunu bildirib. Milli valyutanın məzənnəsi maliyyə stabilliyinin gücləndirilməsi baxımından vacib meyarlardandır. Bu baxımdan, məzənnə siyasəti makro-iqtisadi stabilliyin əsas istiqamətlərindən birinə çevrilmişdir.
Növbəti dövrdə manatın məzənnəsi necə dəyişəcək? Devalvasiya riski tam aradan qalxıbmı?
Oxu24.com xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
"Milli valyutanın məzənnəsinə ən çox təsir göstərən faktor ölkəyə daxil olan valyutanın həcmidir. Neftin dünya bazar qiyməti isə Azərbaycanın tədiyyə balansına ən çox təsir göstərən tarazlıq olaraq qalmaqdadır. Yüksək neft qiymətləri və eləcə də qeyri-neft ixracatındakı artımlar 2026-cı ilin ilk 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldonun qorunub saxlanmasına imkan yaradıb.
2026-cı ilin ilk 7 ayında Azərbaycan ixracatı nominal ifadədə 39 faiz, real ifadədə isə 11 faiz artaraq 20.1 milyard dollara çatıb. Qeyri neft-qaz ixracatında isə daha yüksək artım qeydə alınıb: 2 dəfə. Bu müddətdə Azərbaycan 5.9 milyard dollarlıq qeyr neft-qaz məhsulları ixrac edib. Digər mühüm məqam idxalda azalmanın qeydə alınmasıdır. Azərbaycan idxalı 43 faiz azalaraq 9.8 milyard dollara düşüb. Bu həmin dövrdə 10 milyard dollardan çox müsbət ticarət saldonun yaranması deməkdir. Göründüyü kimi, 2026-cı ilin geridə qalan aylarında xarici ticarət və eləcə də tədiyyə balansındakı müsbət dinamika valyuta bazarındakı tarazlığı qoruyub saxlamağa imkan yaradıb.
Digər tərəfdən, Mərkəzi Bank dollara tələbin azalması səbəbindən strelizasiya tədbirləri ilə valyuta ehtiyatlarını artıra bilib. 2026-cı ilin ilk 9 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 3.8 milyard dollar artıb. 2025-ci ili 11.5 milyard dollar ehtiyatlar ilə başa vuran Mərkəzi Bankın hazırda 15.3 milyard dollar rezervləri var. Bu ilin geridə qalan dövründə Mərkəzi Bankın valyuta ehtiyatları hər ay əvvəlki aya nisbətən artıb.
Mövcud rəqəmlər valyuta bazarındakı tarazlığı qorumağa imkan yaradır. Bununla belə, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün orta və uzun müddətli dövrdə manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq", - deputat qeyd edib.
23:49 / 13 Noyabr 2026
1
23:40 / 13 Noyabr 2026
41
23:28 / 13 Noyabr 2026
51
23:22 / 13 Noyabr 2026
64
23:17 / 13 Noyabr 2026
66
23:09 / 13 Noyabr 2026
74
23:05 / 13 Noyabr 2026
68
23:02 / 13 Noyabr 2026
72
22:53 / 13 Noyabr 2026
86
22:49 / 13 Noyabr 2026
83
22:41 / 13 Noyabr 2026
83
22:36 / 13 Noyabr 2026
98
22:18 / 13 Noyabr 2026
92
22:13 / 13 Noyabr 2026
92
22:03 / 13 Noyabr 2026
494
21:43 / 13 Noyabr 2026
865
21:36 / 13 Noyabr 2026
98
21:29 / 13 Noyabr 2026
127
21:24 / 13 Noyabr 2026
200
21:03 / 13 Noyabr 2026
108
20:58 / 13 Noyabr 2026
121
20:50 / 13 Noyabr 2026
1174
20:41 / 13 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.