SOCAR Anlaşma Memorandumu imzaladı
09 Noyabr 2026, 15:34
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
374
24.09.2026, 20:37
"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi ödəniş kartlarının və elektron pula bağlı ödəniş hesablarının sayına tətbiq edilən risk əsaslı yanaşma ilə bağlı açıqlama yayıb.
Oxu24.com-un məlumatına görə, açıqlamada deyilir ki, mövcud yanaşmaya əsasən, əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş ödəniş kartları, sahibkarlıq hesabına bağlı ödəniş kartları, habelə depozit hesablarına bağlı ödəniş kartları istisna olmaqla, hər bir bank tərəfindən təqdim edilən hər bir ödəniş kartı məhsulu üzrə milli valyutada 1 ödəniş kartı, hər bir xarici valyuta üzrə isə 1 ödəniş kartı nəzərdə tutulur.
"Bu o deməkdir ki, bankın təqdim etdiyi ayrı-ayrı kart məhsullarının hər biri üzrə müştəri ayrıca ödəniş kartı əldə edə bilər. Xarici valyutada da eyni yanaşma tətbiq edilir. Elektron pula bağlı ödəniş hesabları üzrə isə baza yanaşması olaraq milli valyutada 2 ödəniş hesabı, hər bir xarici valyuta üzrə isə 1 ödəniş hesabı nəzərdə tutulur.
Qeyd olunan limitlər baza xarakterli olub, risk əsaslı yanaşma çərçivəsində tətbiq edilir və qəti xarakter daşımır. Ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş kartı və ya elektron pula bağlı ödəniş hesabının istifadə məqsədi barədə ağlabatan izahat təqdim edildiyi, həyata keçirilən əməliyyatların təşkilatda ödəniş xidməti istifadəçisi barədə mövcud məlumatlarla uyğunluq təşkil etdiyi, habelə qeyri-qanuni məqsədlərlə istifadə edilmədiyinə əminlik yarandığı hallarda, bank və ya elektron pul təşkilatı tərəfindən konkret ödəniş xidməti istifadəçisi üzrə həmin limitlərin artırılması mümkündür.
Beləliklə, bu yanaşmanın əsas məqsədi ödəniş xidməti istifadəçilərinin ehtiyaclarını məhdudlaşdırmaq deyil, risklərin daha effektiv idarə olunmasını təmin etməklə yanaşı, təhlükəsiz, dayanıqlı, sağlam ödəniş ekosisteminin formalaşdırılmasına töhfə verməkdir", - deyə Assosiasiya bəyan edib.
17:38 / 09 Noyabr 2026
1
17:36 / 09 Noyabr 2026
9
17:22 / 09 Noyabr 2026
75
17:14 / 09 Noyabr 2026
63
16:56 / 09 Noyabr 2026
418
16:53 / 09 Noyabr 2026
274
16:43 / 09 Noyabr 2026
139
16:37 / 09 Noyabr 2026
120
16:32 / 09 Noyabr 2026
84
16:28 / 09 Noyabr 2026
87
16:25 / 09 Noyabr 2026
252
16:23 / 09 Noyabr 2026
118
16:19 / 09 Noyabr 2026
131
16:06 / 09 Noyabr 2026
373
15:54 / 09 Noyabr 2026
899
15:49 / 09 Noyabr 2026
97
15:47 / 09 Noyabr 2026
243
15:45 / 09 Noyabr 2026
355
15:40 / 09 Noyabr 2026
2323
15:34 / 09 Noyabr 2026
97
15:23 / 09 Noyabr 2026
124
15:13 / 09 Noyabr 2026
139
15:05 / 09 Noyabr 2026
787
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.