Neftimizin qiyməti dəyişdi
03 Noyabr 2026, 10:51
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
1875
22.09.2026, 14:41
2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 2025-ci ilin orta dünya qiymətləri əsasında 3,4 milyard manata çatdırılması nəzərdə tutulur.
Oxu24.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazirin sözlərinə görə, 2027–2030-cu illərdə bu nəticələrin əldə edilməsi üçün bu dövr ərzində ümumilikdə 5,3 milyard manat investisiya nəzərdə tutulur:
“2027–2030-cu illərdə proqram üzrə ümumi investisiya ehtiyacı 5,3 milyard manat qiymətləndirilir. Bu vəsaitin 1,1 milyard manatı dövlət büdcəsi hesabına, 2,2 milyard manatı dövlət müəssisələrinin vəsaiti, o cümlədən kredit, yəni borc kapitalı, 2 milyard manat isə özəl vəsait, o cümlədən borc kapitalı hesabına formalaşacaq. Beləliklə, ümumi investisiyanın təxminən 80 faizi qeyri-büdcə mənbələrindən cəlb ediləcək. Bu baxımdan dövlət müəssisələrinin və özəl sektorun investisiya imkanlarının səfərbər edilməsi qarşımızda duran əsas məsələdir. Nəticədə yaradılacaq yeni güclər hesabına növbəti 4 il ərzində sektorun əlavə dəyərinin və illik ixrac potensialının 2,6 dəfə artırılması nəzərdə tutulur”.
11:22 / 03 Noyabr 2026
1
11:11 / 03 Noyabr 2026
31
11:10 / 03 Noyabr 2026
35
11:01 / 03 Noyabr 2026
166
10:51 / 03 Noyabr 2026
51
10:44 / 03 Noyabr 2026
83
10:39 / 03 Noyabr 2026
60
10:30 / 03 Noyabr 2026
127
10:27 / 03 Noyabr 2026
161
10:24 / 03 Noyabr 2026
61
10:20 / 03 Noyabr 2026
86
10:17 / 03 Noyabr 2026
141
10:01 / 03 Noyabr 2026
334
10:00 / 03 Noyabr 2026
87
09:58 / 03 Noyabr 2026
81
09:31 / 03 Noyabr 2026
83
09:29 / 03 Noyabr 2026
88
09:28 / 03 Noyabr 2026
94
07:35 / 03 Noyabr 2026
172
06:33 / 03 Noyabr 2026
186
03:05 / 03 Noyabr 2026
523
02:30 / 03 Noyabr 2026
659
01:55 / 03 Noyabr 2026
293
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.