Azərbaycanda kredit faizləri dəyişir? -İqtisadçı AÇIQLADI
09 Noyabr 2026, 22:21
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
645
20.09.2026, 21:41
Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər.
İnternetin qiyməti niyə birdən-birə 7 manat artırılır? Bu, abonent üçün daha keyfiyyətli internet deməkdir, yoxsa sadəcə daha çox ödəniş? Digər tariflri də eyni abiqət gözləyirmi? Kommunal sahədə də ilin sonunadək artım olacaq?
.
Oxu24.com xəbər verir ki,Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, internet qiymətlərinin artımı kifayət qədər qəribə və qaranlıq qalan məsələdir:
"Bu sahədə onlarla provayder fəaliyyət göstərir. Əgər qiymət artımı kartel sövdələşməsinin nəticəsidirsə, bu, qanun pozuntusudur. Çünki müxtəlif provayderlər eyni vaxtda qiymətləri qaldıra bilməz. Özəl sektorun və çoxsaylı provayderlərin fəaliyyət göstərdiyi bir sahədə onların hansı əsasla və necə razılaşaraq qiymətləri qaldırması aydın deyil. Bu, hətta antiinhisar qanunvericiliyinin pozuntusu sayıla bilər".
İqtisadçı bildirib ki, bununla bağlı rəsmi açıqlama verilməli və qiymət artımının səbəbləri izah olunmalıdır:
"Hazırda əsaslandırma kimi xidmət keyfiyyətinin artırılması göstərilir. Lakin vətəndaşdan da soruşmaq lazımdır, bəlkə onu əvvəlki qiymət və xidmət keyfiyyəti qane edirdi? Bu halda qiymət və keyfiyyətin artırılmasına nə ehtiyac var? Açığı, bu, vətəndaşlar üçün o qədər də müsbət qarşılanan addım deyil.
Kommunal xidmətlərə gəldikdə isə burada vəziyyət fərqlidir. Belə ki, bu sahədə qiymətlər rəsmi qərarla artırılır. Bunu Nazirlər Kabineti yanında Tarif Şurası edir. İndi onlar istənilən vaxt yığışaraq belə bir qərar verə bilərlər. Amma bunun ilin sonunadək qəbul ediləcəyini indidən söyləmək çətindir".
23:59 / 10 Noyabr 2026
24
23:57 / 10 Noyabr 2026
37
23:55 / 10 Noyabr 2026
105
23:53 / 10 Noyabr 2026
52
23:47 / 10 Noyabr 2026
1126
23:43 / 10 Noyabr 2026
77
23:39 / 10 Noyabr 2026
102
23:28 / 10 Noyabr 2026
283
23:27 / 10 Noyabr 2026
195
23:17 / 10 Noyabr 2026
603
23:15 / 10 Noyabr 2026
162
23:00 / 10 Noyabr 2026
94
22:58 / 10 Noyabr 2026
110
22:55 / 10 Noyabr 2026
108
22:35 / 10 Noyabr 2026
105
22:30 / 10 Noyabr 2026
287
22:27 / 10 Noyabr 2026
91
22:19 / 10 Noyabr 2026
109
22:04 / 10 Noyabr 2026
182
21:55 / 10 Noyabr 2026
585
21:51 / 10 Noyabr 2026
101
21:49 / 10 Noyabr 2026
233
21:46 / 10 Noyabr 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.