FIFA U-15: Azərbaycan Timor-Leste millisini 6:0 məğlub edib
24 Oktyabr 2026, 21:07
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
376
05.09.2026, 20:34
Bu gün Bakıda "Alufar IRONMAN 70.3 Baku" triatlon yarışı keçirilib.
Oxu24.com xəbər verir ki, yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutub. Yarışın finiş xəttini ilk olaraq ABŞ-ı təmsil edən Maksim Kryat (04:01:21) keçib, amma ən yaxşı vaxtı xorvatiyalı Matej Yukiç göstərib – 04:01:20.
Azərbaycan idmançıları arasında isə finiş xəttini ilk keçən Teymur Fərəcov (40-44 yaş) olub – 04:36:10. Yarışın qalibləri sırasında üç Azərbaycan təmsilçisi olub: Leyla Abdulazizova (18-24 yaş kateqoriyası) və Natalya Vallek (50-54 yaş) qadınlar arasında, Anatoliy Afonenko (75-79 yaş) isə kişilər arasında. Mükafatçılar sırasına Tural Atakişiyev də yer alıb, o öz yaş kateqoriyasında (18-24 yaş) finişə ikinci çatıb.
Yarışda həmçinin Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə də iştirak edib və məsafəni uğurla başa vurub. Kişilər arasında estafet yarışında Azərbaycanı təmsil edən Team Metak (AlfaTriClub), qarışıq estafetdə isə Team Turan Team ikinci yer tutublar.
"IRONMAN 70.3" yarışı kişilər və qadınlar arasında 13 yaş kateqoriyası üzrə keçirilib. Həmçinin tədbir çərçivəsində estafet yarışı da keçirilib. Kişilər, qadınlar və qarışıq komandalar arasında təşkil olunan yarışda ümumilikdə 47 komanda mübarizə aparıb.
Gərgin mübarizənin yekununda kateqoriyalar üzrə qaliblər aşağıdakı kimi müəyyənləşib:
18–24 (kişilər)
Alexandre Julyen (Fransa)
18–24 (qadınlar)
Leyla Abdulazizova (Azərbaycan)
25–29 (kişilər)
Saruxan Serter (Türkiyə)
25–29 (qadınlar)
Katarina Kasova (Slovakiya)
30–34 (kişilər)
Matej Yukiç (Xorvatiya)
30–34 (qadınlar)
Anastasiya Mosienko (Qazaxıstan)
35–39 (kişilər)
Julyen Leroks (Fransa)
35–39 (qadınlar)
Deliz Uilyams (Böyük Britaniya)
40–44 (kişilər)
Maksim Kryat (ABŞ)
40–44 (qadınlar)
Lai So Lisa Çeng (Honkonq, Çin Xalq Respublikasının xüsusi statusa malik bölgəsi)
45–49 (kişilər)
Aleksey Nikulin (Rusiya)
45–49 (qadınlar)
Ştefi Ridel (Almaniya)
50–54 (kişilər)
Dmitriy Semenov (Özbəkistan)
50–54 (qadınlar)
Natalya Vallek (Azərbaycan)
55–59 (kişilər)
Aleksey Retiunskiy (Qırğızıstan)
55–59 (qadınlar)
İdil Qazioqlu (Tükiyə)
60–64 (kişilər)
Vladimir Mixaylov (Qazaxıstan)
65–69 (kişilər)
Oleq Suxodolin (Rusiya)
65–69 (qadınlar)
Takako Morinaqa (Yaponiya)
70–74 (kişilər)
İskandar Şaxov (Özbəkistan)
75–79 (kişilər)
Anatoliy Afonenko (Azərbaycan)
80-84 (kişilər)
Valentin Çernov (Rusiya)
Həmçinin, ümumilikdə 47 komandanın iştirak etdiyi estafet yarışlarında da müxtəlif kateqoriyalar üzrə qaliblər bəlli olub.
Qadın estafet:
Team Nomad Queens (Qazaxıstan)
Kişi estafet:
Team Zynqaholics (Qırğızıstan)
Qarışıq estafet:
Team Triunuty (Qazaxıstan)
"Alufar IRONMAN 70.3 Baku" yarışında kişi və qadınlar arasında ən yaxşı nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-da keçiriləcək "IRONMAN 70.3" Triatlon üzrə Dünya Çempionatına vəsiqə qazanıblar.
Xatırladaq ki, "Alufar IRONMAN 70.3 Baku" yarışlarında dünyanın 62 ölkəsindən 1500 idmançı iştirak edib. "IRONMAN 70.3" yarışı 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21 kilometr qaçış mərhələlərini əhatə edir.
23:16 / 24 Oktyabr 2026
140
22:52 / 24 Oktyabr 2026
110
22:34 / 24 Oktyabr 2026
105
22:14 / 24 Oktyabr 2026
83
22:05 / 24 Oktyabr 2026
273
21:42 / 24 Oktyabr 2026
1692
21:28 / 24 Oktyabr 2026
90
21:12 / 24 Oktyabr 2026
93
21:07 / 24 Oktyabr 2026
91
20:52 / 24 Oktyabr 2026
89
20:34 / 24 Oktyabr 2026
95
20:31 / 24 Oktyabr 2026
911
20:12 / 24 Oktyabr 2026
101
20:05 / 24 Oktyabr 2026
101
19:55 / 24 Oktyabr 2026
95
19:40 / 24 Oktyabr 2026
96
19:09 / 24 Oktyabr 2026
134
18:55 / 24 Oktyabr 2026
92
18:40 / 24 Oktyabr 2026
108
18:27 / 24 Oktyabr 2026
102
18:20 / 24 Oktyabr 2026
422
18:13 / 24 Oktyabr 2026
634
18:07 / 24 Oktyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.