Qaynar xətt:

(+99450) 247 90 86

UEFA Rusiyanı Avro-2024-ün yayımçıları sırasına daxil edib

UEFA Rusiyanı Avro-2024-ün yayımçıları sırasına daxil edib

İDMAN

324

13.06.2024, 20:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) təşkilatın saytında Rusiyanın “Match TV” telekanalını və “Okko” onlayn kinoteatrını qarşıdan gələn Avro 2024-ün yayımçıları arasında göstərib.

 

Rusiya klublarının və milli komandanın qurumun himayəsi altında keçirilən turnirlərdə iştirakdan kənarda qalmasına baxmayaraq, onlar bu siyahıya düşüblər.

 

2024-cü il Avropa çempionatı iyunun 14-də Münhendə Almaniya - Şotlandiya oyunu ilə başlayacaq. Oyun Allianz Arena stadionunda keçiriləcək, start fiti Moskva vaxtı ilə saat 22:00-da çalınacaq.

 

Turnirin hazırkı qalibi İtaliya komandasıdır. Avro-2020-nin final oyununda italyanlar Londondakı Uembli stadionunda İngiltərə millisini penaltilər seriyasında məğlub ediblər.

 

2022-ci ilin yazında Beynəlxalq Futbol Federasiyası və UEFA Rusiya millisinin, eləcə də bütün Rusiya klublarının bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakını dayandırmaq qərarına gəlib. Ruslar 2022-ci il dünya çempionatının pley-off mərhələsini buraxıblar və qarşıdan gələn Avropa çempionatını buraxacaqlar.

 

Bundan əvvəl İspaniya prokurorlarının Karlo Ançelottiyə 5 il həbs cəzası istəyib.

 

Nigar