İşləyən şəxslərə VACİB XƏBƏR: Məzuniyyət belə veriləcək
04 Oktyabr 2026, 17:23
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
6994
29.03.2018, 20:58
Dünən sosial şəbəkələrdə küçəni süpürərkən avtomobil vurması nəticəsində dünyasını dəyişən yaşlı qadının fotosu yayılıb. Həmin foto böyük etirazlara və müzakirələrə səbəb olub. Məsələ ilə bağlı mətbuata açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev bildirib ki, Azərbaycanda qeyri-ixtisas peşə sahələri ilə məşğul olan şəxslərə yaş məhdudiyyəti qoyulmur:
<a href=\" https://www.facebook.com/sozbazari/" target=\"_blank\">BİZİ BURADAN İZLƏYİN </a>
Millət vəkilinin bu sözləri hüquqşünas Nicat Gözəlovu hiddətə gətirib. Milli Hüquq Evinin rəhbəri fikirlərini bildirərək deputatı sərt şəkildə tənqid edib.
1. “Yaş məhdudiyyəti yalnız dövlət büdcəsindən maliyyələşən, işçi tələbatı çox, sahə mütəxəssisi kifayət qədər, intellektual əməklə məşğul olan və lazımi işləri yerinə yetirə bilməyən şəxslərə qoyulur. Müəllimlər, həkimlər, mühəndislər bu qəbildəndir. Çünki onlar yaşlanıb müəyyən yaşa çatdıqdan sonra yenilikləri qəbul edə bilmirlər. Bunun üçün onlara yaş məhdudiyyəti qoyulur ki, yerlərinə gənc kadrlar cəlb oluna bilsin\". 2. \"Yolda öz istəyi ilə (qanuni əsaslarla) işləyən süpürgəçinin avtomobillə vurulması normal şeydir! Onu heç kim o işdə işləməyə məcbur etməyib\".
Fikirləşirəm ki, 1. Yüksək sürət həddi olan yollarda müvafiq geyimlə təmin edilməyən işçinin işləməsi qanunsuzdur! 2. 50 belə işçinin 4 saata gördüyü işi 1 xüsusi təyinatlı təmizləyici avtomobil Almaniyada 30 dəqiqəyə görür. Sual: 1. Dövlət qulluğunda olan 70-80 yaşlılar dövlət büdcəsindən maliyyələşirlərmi! 2. Hüquqdan xəbəri olmayan 70-80 yaşlı deputat yeniliklərlə dolu Qanun qəbul edərmi? 2. Fotodakı qadının (Allahın rəhmətinə qovuşsun) meyidi \"Kamaz\" markalı yük avtomobili ilə vurulana oxşayırmı? 3. Yolların təmizlənməsi üçün nəzərdə tutulmuş və yüksək qiymətə alınmış Xüsusi təyinatlı avtomobillər haradadır, yanacaqları varmı? Hər bir halda cəmiyyətə açıq olduğu üçün Musa müəllimə \"sağ olun\" düşür.
19:09 / 04 Oktyabr 2026
1
18:44 / 04 Oktyabr 2026
16
18:34 / 04 Oktyabr 2026
34
17:50 / 04 Oktyabr 2026
65
17:45 / 04 Oktyabr 2026
65
17:35 / 04 Oktyabr 2026
73
17:30 / 04 Oktyabr 2026
394
17:23 / 04 Oktyabr 2026
198
17:20 / 04 Oktyabr 2026
49
16:58 / 04 Oktyabr 2026
1896
16:56 / 04 Oktyabr 2026
178
16:55 / 04 Oktyabr 2026
145
16:53 / 04 Oktyabr 2026
161
16:51 / 04 Oktyabr 2026
80
16:49 / 04 Oktyabr 2026
71
14:30 / 04 Oktyabr 2026
98
14:04 / 04 Oktyabr 2026
132
14:00 / 04 Oktyabr 2026
98
13:55 / 04 Oktyabr 2026
71
13:44 / 04 Oktyabr 2026
296
13:40 / 04 Oktyabr 2026
78
13:30 / 04 Oktyabr 2026
71
13:15 / 04 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.